Cənub Hərbi dairəsinin komandanı, general-polkovnik Aleksandr Dvornikov Ermənistandakı rus hərbi bazasına gedib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə jurnalistlərə Hərbi Dairənin mətbuat xidmətindən bildirilib. Xəbərə görə, səfərin ilk günündə Dvornikov Erebuni aviabazasında pilotların hərbi keşikçəkmə vəziyyətini yoxlayıb.
Xəbərdə o da deyilir ki, general-polkovnik bir neçə gün Gümrüdəki hərbi bazanın genişləndirilməsi perspektivlərini nəzərdən keçirəcək, həmçinin Rusiya və Ermənistan silahlı qüvvələrinin birləşmiş qərargahında tədbirlərdə iştirak edəcək.
Ermənistanda isə seçkiqabağı qəfil səfər təşviş yaradıb.