Azərbaycan gəncləri prezident seçkilərində fəal iştirak edəcək və yekdilliklə Prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcək. Bunu gənclər və idman naziri Azad Rəhimov Milli Olimpiya Komitəsində keçirilən konfransda deyib.
O qeyd etdi ki, aprelin 11-də keçiriləcək seçkilərə nazirlik gəncləri cəlb edəcək: “Son bir neçə il ərzində ölkədə iri idman tədbirləri, o cümlədən Avropa Oyunları, İslam Oyunları, Şahmat Olimpiadası keçirilib. Bu tədbirlərə yüz minlərlə Azərbaycan vətəndaşı cəlb olunub və idman obyektlərinin tikintisində və təşkilat işlərində iştirak edib. Bu, onlara təcrübə toplamaqda kömək edib. İndi onlar digər ölkələrdə keçirilən idman tədbirlərinə cəlb olunur. Azərbaycanlı gənclər Aşqabadda keçirilmiş Asiya Oyunlarının təşkilində fəal iştirak edib”.