Bazar ertəsi günü, 19 oktyabr 2026
     

Mətbuat Şurası və torpaqlarımızın işğalı ilə bağlı ayrıca qanunlar məsələsi MM-in plenar iclasına çıxarıldı

Image


“İndiyə qədər 63 əfv və 11 amnistiya qərarı qəbul edilib. Növbəti amnistiya üçün biz öz təkliflərimizi hazırlaya bilərik. Hesab edirəm ki, bir neçə məsələ üzrə budəfəki akt fərqlənməli, amnistiyanın əhatə dairəsi geniş olmalıdır".

APA-nın məlumatına görə, bunu deputat, YAP icra katibinin müavini Siyavuş Novruzov Milli Məclisin iclasında Heydər Əliyevin 95 illiyi ilə bağlı Amnistiya aktının qəbul olunmasına dair təklifini səsləndirərkən deyib.

Deputat təklif edib ki, bu Amnistiya aktı, ilk növbədə, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edənlərə şamil olunsun: "İkincisi, amnistiya yaşı 60-dan yuxarı olan qadınlara şamil oluna bilər. Həmçinin himayəsində azyaşlı uşaqları olanlar da bu aktdan bəhrələnə bilər. Amnistiya yaşı 70-dən yuxarı olan bütün kişilərə də şamil edilsin. Radikal dini cərəyanlara qoşulmayan dindar şəxslər də bu aktdan bəhrələnsinlər. Müxtəlif müxalif radikal qurumların və ayrı-ayrı reputasiyalı beynəlxalq təşkilatların təsirinə düşüb bilmədən cinayət törədən gənclər var ki, onlara da şamil oluna bilər. Hesab edirəm ki, bunları nəzərə almalıyıq”.

Cumhuriyyətin 100 illiyi ilə bağlı medal...

Tahir Kərimli Milli Məclisdə təklif edib ki, Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi və ya Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə medal təsis olunsun.

T.Kərimlinin sözlərinə görə, bu addım Cumhuriyyət qurucularına ehtiram kimi də qiymətləndirilə bilər.

Əflatun Amaşov Mətbuat Şurasının hüquqi statusuna yenidən baxılmasının zəruri olduğunu əsaslandırdı...

“Bu gün reketçiliklə məşğul olan media vasitələri az deyil. Onlar bu yolla qazanc vasitələrini sadələşdirir”. Bunu Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov parlamentin iclasında deyib.

Ə.Amaşov bildirib ki, reket jurnalistlər kimlərdənsə dəstək alır: “Onların məqsədi məmurlara, iş adamlarına böhtan atmaq, bunun müqabilində də pul qazanmaqdan ibarətdir. Lakin Mətbuat Şurasının hüquqi statusuna yenidən baxılması zəruridir. Bununla medianı daha yaxşı balanslaşdırmaq mümkün olar”.

O əlavə edib ki, belə olarsa, medianın adından sui-istifadə halları azalar: “Medianın özü də bundan maraqlıdır. Bunun həlli Mətbuat Şurasının fəaliyyətində təkmilləşdirmə işindən keçir. Ona görə də Mətbuat Şurası ilə bağlı qanun layihəsinin qəbul edilməsinə, onun statusunun dəyişdirilməsinə ehtiyac var”.

Rövşən Rzayev ümummilli əhəmiyyətli məsələ qaldırdı...

Düputat Rövşən Rzayev deyib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı qanun layihəsi hazırlanmalıdır.

R.Rzayev ermənilərin Strasburqda AŞ PA-nın qış sessiyası çərçivəsində Dağlıq Qarabağın işğalının 30 illiyini “Demokratik Dağlıq Qarabağ hərəkatı” adı ilə təqdim etdiyini diqqətə çatdırıb. Millət vəkili bunu Azərbaycana qarşı ikili standartlar kimi qiymətləndirib. O təklif edib ki, bu məsələ ilə bağlı ATƏT-in Minsk Qrupunun üzvü olan ölkələrə ayrı-ayrılıqda müraciət edilsin.

Qanunsuz evlər tikib oğul-qız evləndiriblər...

Elmira Axundova Bakıda qanunsuz tikililərlə əlaqədar məsələnin həlli üçün tədbirlər görməyə çağırıb. O qeyd edib ki, illər öncə ölkənin müxtəlif regionlarında, xüsusulə də Abşeron rayonunda qeydiyyatda kənd təsərrüfatı sahələri kimi göstərilən ərazilərdə fərdi evlər inşa edilib və illərdir ki, insanlar həmin ərazilərdə yaşayır, hətta oğul evləndirib, qız köçürüblər: “Lakin bu ərazilərin qeydiyyatda kənd təsərrüfatı torpaqlarına aid olunması onların vəziyyətinin çətinləşdirilməsinə səbəb olur".

Deputata görə, sözügedən ərazilərdə yaşayan insanların kommunal xidmətlərdən istifadə edib haqq ödədiyini nəzərə alsaq, onların qeydiyyata düşməməsi problemlərə səbəb olur: “Bu ərazilərlə bağlı kompleks yanaşma olmadığından, sözügedən ərazilərdə yaşayan insanlar nə qeydiyyata düşə, nə də çıxarış ala bilir”.

Problemin həlli ilə bağlı iki variantın olduğunu deyən deputat bildirib ki, ya tikililər sökülüb kənd təsərrüfatı torpaqları kimi istifadə edilməli, ya da həmin ərazilər yaşayış yeri kimi qeydiyyata salınmalıdır: “İlk varianta üstünlük verilsə, insanların sosial vəziyyətində problemlər yarana blər. Lakin ikinci variantda vətəndaşlar mülkiyyət hüququnu əldə etməklə öz evlərində qeydiyyata düşə bilərlər. Belə olan halda, qeydiyyata alınan tikililər vergiyə cəlb olunacaq və nəticə etibarilə büdcəyə pul gələcək. Bu problemin həlli minlərə ailənin sevincinə səbəb olacaq”.

Restoran sahiblərinin toylarda balıq kababı maxinasiyası Milli Məclisdə açıldı...

Qüdrət Həsənquliyev deyib ki, "Şadlıq saraylarında bir salonda səkkiz səsucaldıcı vasitədən istifadə olunur. Buna dözmək olmur".

O bildirib ki, o vaxt "Azadlıq" meydanındakı mitinqlərdə iki səsucaldıcı qoyulurdu: “Səs Şıxov çimərliyinə qədər gedib çıxırdı. Restoranlara nəzarət edən yoxdur. Səslərə fiziki cəhətdən insan orqanizmi tab gətirə bilmir və qonaqlar tez salonu tərk edirlər”.

Deputat əlavə edib ki, restoranlarda keçirilən toylarda bahalı yeməkləri süfrəyə gətirməyi sona saxlayırlar: “Bununla da restoran sahibləri öz vəsaitlərinə qənaət edirlər. Toya əgər 400 nəfər adam dəvət olunubsa, 35 manatlıq balıq kababının pulu qonaqların hamısından alınsa da, sonda həmin kabablar 200 nəfərə verilir. Həmçinin restoranlarda kondisionerləri söndürmürlər. Bu da insan səhhətinə ziyandır".

Spiker Oqtay Əsədov çıxışa reaksiya verərək bildirib ki, şadlıq saraylarında səs məsələsi bir neçə dəfə qaldırılıb: “İndi ölkədə çoxlu bahalı şadlıq sarayları var. Ancaq yalnız bəziləri akustik normalara uyğun şəkildə dizayn edilib. O yemək məsələsini isə bilmirəm. Hər halda, bu məsələyə diqqət yetirmək lazımdır”.

Zahid Orucun təklifi keçməsə də, maraqlıdır...

Deputat Zahid Oruc Bakıda tikinti işlərinin aparılması ilə bağlı yeni qanun layihəsinin qəbulunu təklif edib.

Zahid Oruc parlamentin iclasında bildirib ki, Bakıda bir çox istismar müddətini başa vurmuş binalar var: “Bu binaların yerində yeni binalar tikmək istəyən iş adamları var, ancaq kim necə gəldi, gözəyarı qiymət qoyur və narazılıqlar yaranır. Hesab edirəm ki, bu məsələ ilə bağlı qanun qəbul edilməli və qanunla tənzimlənməlidir”.

Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, bu məsələ ilə müvafiq icra orqanları məşğul olmalıdır və hər məsələni Milli Məclisin üzərinə atmaq düzgün olmaz.

Baki-xeber.com



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

19.10.2026 / 20:40
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

19.10.2026 / 19:36
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

19.10.2026 / 08:32
Körfəz ölkələri İrandan kompensasiya tələb etdilər - Tehran “tupik”də…

19.10.2026 / 08:25
Trampa qarşı “Kral istəmirik!” etiraz aksiyaları bütün Amerikanı bürüdü

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

18.10.2026 / 19:37
Zelenski Ukraynaya Starlink məhdudiyyətlərinin birbaşa ABŞ hökumətindən gəldiyini deyir

18.10.2026 / 16:20
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

18.10.2026 / 15:58
Britaniya səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:50
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ