Bazar günü günü, 15 noyabr 2026
     

“Xatirə kitabı” ilə “Bakı-Xəbər”in ilk birgə layihəsi başa çatdı – şəhid Aydın Abdullayev… - FOTO

Image


Əflatun Amaşov: “Doğrudan da 23 yaş bir insan üçün azdır, ancaq bir qəhrəman üçün yetərli yaşdır”
Nəzakət Məmmədova: “Hər gördüyümüz iş bir təsəlli olmaqla yanaşı, həm də Vətənimiz üçün canından keçənlərə qoyulan bir abidədir”

 

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən oğulları unudulmur. Şəhidlik ən uca zirvədir. Bu zirvəyə ucalan, orada özünə əbədi məskən salan qeyrətli, cəsur oğul və qızlarımızın xatirəsi hər birimiz üçün əzizdir.

Cəsur, qorxmaz, şücaətli oğullarımızdan biri də 2013-cü il oktyabrın 26-da Tərtərin Qapanlı kəndi ərazisində şəhid olan gizir Aydın Əmirsoltan oğlu Abdullayevdir.

Yanvarın 16-da Beynəlxalq Mətbuat Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi, “Xatirə kitabı” redaksiyası ilə “Bakı-Xəbər” qəzetinin birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından olan, şəhid gizir Aydın Abdullayevin qısa və mənalı ömür yoluna həsr edilən “Gözlə, gələcəyəm” kitabının təqdimat mərasimi keçirildi. Qeyd edək ki, “Gözlə, gələcəyəm” bu seriyadan olan ilk nəşrdir. “Gözlə, gələcəyəm” sənədli povestinin müəllifi jurnalist-publisist İradə Sarıyevadır.

Respublikanın tanınmış simalarının, yazıçı və şairlərinin, ictimai xadimlərinin, müharibə veteranlarının iştirakı ilə keçirilən tədbirin aparıcısı, Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov “Gözələ, gələcəyəm” kitabının təqdimatına toplaşan iştirakçılara kitab haqqında məlumat verdi. O qeyd etdi ki, kitabın layihə rəhbəri respublikanın “Xatirə kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədovadır. Ə.Amaşov nəşrin rəyçisinin “Bakı-Xəbər” qəzetinin baş redaktoru, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aydın Quliyev, redaktorunun isə Zülfüqar Şahsevənli olduğunu bildirdi. Kitabın müəllifi İradə Sarıyeva haqqında da qonaqlara məlumat verən Ə.Amaşov bildirdi ki, müəllif uzun illərdir mətbuatdadır və saysız yazıların müəllifidir: “Bu kitab sənədli povestdir. Layihə çərçivəsində bundan sonra nəşr ediləcək kitablar da sənədli povest janrında olacaq. Gələcək kitabları da ölkənin tanınmış yazıçıları, jurnalistləri hazırlayacaq və respublika “Xatirə kitabı” redaksiyası həmin kitabları maliyyələşdirəcək. “Gözlə, gələcəyəm” kitabı Azərbaycan xalqının qəhrəman oğlu Aydın Abdullayevin həyatına, qəhrəmanlığına, şəhidin 23 illik həyatına həsr olunub. Doğrudan da 23 yaş bir insan üçün azdır, ancaq bir qəhrəman üçün yetərli yaşdır. Aydın Şabran rayonunda dünyaya göz açıb, sonra valideynləri ilə Bakıya köçüb. Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində 278 saylı məktəbin məzunu olub. O, ailədə də, məktəbdə də fərqlənib, evin sonbeşiyi olduğu üçün bir qədər ərköyün olub. Sinif yoldaşları həmişə Aydını özlərindən bir addım irəlidə görüblər. Aydın fiziki cəhətdən güclü olub, idmanla məşğul olub. Aydın əsl qəhrəman olub. O, kəşfiyyatçı idi, gələcəkdə arxivlərdən onun haqqında başqa məlumatlar əldə ediləcək”.

Ə.Amaşov qeyd etdi ki, Aydının yaşadığı binanın önünə onun xatirə löhvəsi vurulub. Onun sözlərinə görə, Aydının xatirəsinin əbədiləşdirilməsi istiqamətində işlər görüləcək, bununla bağlı əlaqədar qurumlara müraciət ediləcək. “Onun vaxtilə yaşadığı binanın qarşısında Aydının xatirə löhvəsi var. Lakin bu, fərdi şəxs tərəfindən həyata keçirilib. Bizim də qarşımıza qoyduğumuz əsas məqsəd rəsmi olaraq onun xatirəsinin əbədiləşdirilməsi olacaq. Bu tədbirdən sonra biz müvafiq qurumlara müraciət edib Aydının xatirəsinin əbədiləşdirilməsi üçün məqsədimizə nail olacağıq”. 

Ə.Amaşov bildirdi ki, kitabda sənədli povestlə bərabər Aydının ailə albomu, həyatının ayrı-ayrı məqamlarını əks etdirən fotolar, onun xatirəsinə həsr edilən şeirlər də əks olunub. Kitabın böyük bir kollektivin əməyi olduğunu vurğulayan Ə.Amaşov bildirdi ki, “Gözlə, gələcəyəm” böyük bir zəhmətin bəhrəsidir.

Sonra Ə.Amaşov sözü Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Eldar Səmədova verdi. Kitabın əhəmiyyətini qeyd edən E.Səmədov bildirdi ki, bu kitab Azərbaycan gəncliyi üçün stolüstü kitab olacaq: “Kitabla tanış olarkən gördüm ki, orada olan yazılar xüsusən gənc nəsil üçün böyük örnəkdir. Çünki bu kitabda bir qəhrəmanın doğuluş, yaşam prosesi və şəhidlik zirvəsinə ucalması öz tarixi-xronoloji ardıcıllığı ilə təqdim edilib. Qəhrəman necə necə yaşayır, necə şəhidlik zirvəsinə ucalır, bunu öyrənmək üçün gənclərimiz bu kitabı dərindən oxumalıdırlar. Bildiyiniz kimi, bu gün Azərbaycanda çox güclü ordu quruculuğu prosesi gedir. Bu prosesdə Aydın kimi gənclərin ön cəbhədə olması bizim üçün qürurvericidir. Düzdür, biz bu illərdə özümüzün 20 mindən artıq vətəndaşımızı itirdik. Ancaq onların hər biri qəlbimizdə heykəl ucaltdı. Mən şəhidlərimizin xatirəsinin əbədiləşməsində, kitablaşmasında rolu olan “Xatirə kitabı” redaksiyasının baş redaktoru Nəzakət xanıma öz təşəkkürümü bildirirəm”.

Kitabın redaktoru Zülfüqar Şahsevənli də çıxışında kitab haqqında danışarkən vurğuladı ki, kitab gənc nəsil üçün çox böyük əhəmiyyətə malikdir. O vurğuladı ki, indiyə qədər Vətən oğulları haqqında saysız yazı yazıb, bir sıra kitabların redaktoru olub. Z.Şahsevənli qeyd etdi ki, bütün şəhid valideynləri bir-birinə bənzəyir: “Mən Aydının atası ilə tanış oldum, onu dinlədim. Deyim ki, bütün şəhid ata-anaları bir-birinə bənzəyir, onların gözləri oxşardır, dərdləri oxşardır. Qəhrəmanların ömür yoluna baxanda görürsən ki, onların çoxu 20, 22, 23, 25 yaşlarında qəhrəman olub şəhidliyə ucalıblar. Onların hamısı ömürlərinin qönçə vaxtı Vətən uğrunda canlarından keçiblər”.

Tanınmış hərbi jurnalist Şəmistan Nəzirli çıxış edərək respublika “Xatirə kitabı” redaksiyasının indiyə qədər gördüyü böyük işlərdən, nəşr etdirdiyi kitablardan danışdı. “Gözlə, gələcəyəm” kitabının redaksiyanın nəşr etdirdiyi dəyərli kitablardan biri olduğunu deyən Ş.Nəzirli bildirdi ki, bu kimi kitablar gənclərin vətənpərvərlik tərbiyəsində böyük rol oynayır. O qeyd etdi ki, belə kitablar yazılmalıdır. 

Tədbirin aparıcısı Ə.Amaşov çıxış üçün professor Maarifə Hacıyevaya da söz verdi. M.Hacıyeva bildirdi ki, bu kitab böyük bir zəhmətin bəhrəsidir: “Şəhid oğlumuz Aydın haqqında yazılan bir  kitabın təqdimatına toplaşmışıq. Bütün şəhidlərimizin ruhları şad olsun. Bu kitab 1997-ci ildə yaradılan respublika “Xatirə kitabı” redaksiyasının təşəbbüsü ilə yazılıb nəşr edilib. “Xatirə kitabı” indiyə qədər çox böyük işlər görüb, şəhidlərimiz haqqında cild-cild kitablar nəşr edib. “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından nəşr edilən “Gözlə, gələcəyəm” redaksiyanın yeni layihəsidir. Mən bu təşəbbüsü göstərən “Xatirə kitabı”na, Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür edirəm ki, Aydın balamız haqqında belə bir kitab nəşr ediblər. Bu gün Aydının da, digər şəhidlərin də ruhu burada dolaşır. Çox arzu edərdim ki, bu kitabın davamı gəlsin, bizim gözəl jurnalistlərimiz, qələm sahiblərimiz şəhidlərdən çox yazsınlar. Bu kitablar “Şəhidlər ölməz, Vətən bölünməz” layihəsi əsasında hazırlansınlar. Müəllif kitabda “Aydın Abdullayevin yarımçıq ömür dastanı” adlı bir bölmə yazıb. Aydının fiziki ömrü yarımçıq qalsa da, onun vətənpərvərliyi, igidliyi, torpaq uğrunda həlak olması ömrünü yarımçıq göstərmir, bütöv göstərir. Aydın bizim bütün gənclərimizə, gələcək nəsillərə örnəkdir”.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin kafedra müdiri, professor Cahangir Məmmədli də çıxışında kitabı yüksək qiymətləndirərək bildirdi ki, şəhidlər haqqında yazılan hər bir kitab qiymətlidir: “Bu tədbirdə danışmaq elə də asan deyil, çox ağır işdir. Ancaq bu ağır işi xatirələrdə saxlamaq, yad etmək çox böyük işdir. “Yazıya pozu yoxdur” sözünü xalq boş yerə deməyib. Yüz dəfə internet də olacaq, başqa şeylər də, ancaq tarixdə kitab qalacaq. Bu kitab arxivlərdə, kitabxanalarda yaşayacaq. Bu kitabı ərsəyə gətirənlərə təşəkkür edirəm. Bu kitabı ərsəyə gətirənlərin hamısı mənə doğma olan adamlardır. Kitaba baxıram, burada adları çəkilən insanların hamısı doğmalarımdır. “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev Azərbaycanın böyük vətəndaşlarından, cəmiyyətimizə, jurnalistikaya düzgünlük, dəqiqlik, qərəzsizlik öyrədən bir insandır. “Xatirə kitabı” çox böyük işlər görür. Bir vətəndaş kimi mən onlara təşəkkür edirəm. Mənim həyatımda şəhid sözü çox ağır sözdür. Bu gün Aydının ata və anası mənə çox doğma adam təsiri göstərdi. Atanın yerişində, duruşunda bir qürur var. Ananın göz yaşları bütün Azərbaycanın göz yaşlarıdır. Onlar bilsinlər ki, heç vaxt tək deyillər, onların yanında Azərbaycan xalqı və Azərbaycan dövləti dayanıb”.

YAP-ın Yasamal Rayon Təşkilatının sədri Tağı Əhmədov da çıxışında kitabın əhəmiyyətini vurğuladı. O kitabın layihə rəhbəri Nəzakət Məmmədovaya, nəşrin rəyçisi Aydın Quliyevə, redaktoru Zülfüqar Şahsevənliyə, müəllif İradə Sarıyevaya təşəkkür etdi. Qeyd etdi ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan hər bir Vətən övladı yaddaşlarda qalmalıdır. Bu şəhidlər haqqında kitabların yazılmalı olduğunu deyən T.Əhmədov dedi ki, şəhidlərin hər birinin təhsil aldığı məktəbdə onların xatirə lövhəsi vurulmaqla yanaşı, şəhidlərin adına təqaüd də təsis edilməlidir: “Aydının xatirəsini yaşatmaq, onun qəhrəmanlığını gələcək nəsillərə çatdırmaq üçün işlər görülməlidir. Hesab edirəm ki, Aydının oxuduğu məktəbdə Aydın Abdullayev adına təqaüd təsis edilsin və o təqaüd məktəbin yaxşı oxuyan şagirdlərinə verilsin. Bu olduqca əhəmiyyətli bir iş olardı. Bu cür kitabların yazılması gərəklidir. “Gözlə, gələcəyəm” kitabı Aydının valideynləri üçün bir təsəllidir”. 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı sədrinin müavini Cəlil Xəlilov da kitab haqqında söz dedi. O qeyd etdi ki, “Gözlə, gələcəyəm” kitabı qəhrəmanlıq ruhunda yazılan bir kitabdır. A.Abdullayev kimi qəhrəmanların ömür yolunun bir nümunə olduğunu deyən C.Xəlilov vurğuladı ki, Vətən uğrunda canından keçən qəhrəmanlar unudulmamalı, onların döyüş yolu, qəhrəmanlığı təbliğ edilməlidir.

Yazıçı-publisist Şəfəq Nasir də çıxışında “Xatirə kitabı” redaksiyasının nəşr etdirdiyi kitab haqqında olduqca maraqlı və duyğulu danışdı.

Respublika “Xatirə kitabı” redaksiyasının baş redaktoru, kitabın layihə rəhbəri Nəzakət Məmmədova isə çıxışında qeyd etdi ki, bu tədbirə gəlib şəhid ruhunu şad edən hər bir şəxsə təşəkkürünü bildirir: “Elə bir gün olmur ki, bir şəhid anası, bir şəhid xanımı redaksiyamızın qapısını döyməsin, dərdini bizimlə bölüşməsin. Elə bu görüşlər nəticəsində də “Şəhidlər ölməz, Vətən bölünməz” layihəsi meydana gəldi. 

Mən “Bakı-Xəbər” qəzetinin baş redaktoruna müraciət etdim ki, belə bir layihə həyata keçirmək istəyirəm. Bu layihədə torpaqlarımız uğrunda canından-qanından keçən şəhidlərimizi ildə bir kitab ortaya qoymaqla yad edək, onların xatirəsini əbədiləşdirək. İlk ünvanımız Aydın Abdullayev oldu. Aydın haqqında kitab yazmağı “Bakı-Xəbər” qəzetinin əməkdaşı, istedadlı jurnalist İradə Sarıyevaya tapşırdıq. Sağ olsun İradə, bu işin öhdəsindən çox məharətlə gəldi. Düzdür, bu mövzuda işləmək çox çətindir, çox ağırdır. Ancaq eyni zamanda qürurverici, şərəfli işdir. Hər gördüyümüz iş bir təsəlli olmaqla yanaşı, həm də Vətənimiz üçün canından keçənlərə qoyulan bir abidədir. Bu kitabın davamı olacaq. Növbəti ünvanımız Naxçıvan MR-in Sədərək rayonunda gedən döyüşlərdə həlak olan Seyidov İlkin Mirnəsir oğludur. Növbəti kitab onun haqqında olacaq. Bu cild üzərində artıq işə başlamaq üzrəyik. Fikrimcə, kitab qədər yaddaqalan ikinci bir abidə yoxdur. Kitab bizim gəncliyimiz, gələcəyimiz üçün bir yaddaş olacaq. Onlar biləcəklər ki, müstəqillik uğrunda şəhid olan nə qədər qəhrəmanımız olub. Həmişə müharibə qaymaqları aparır. Mən şəhid anası görəndə deyirəm ki, biz bu gün üçün onların çəkilməz dərdlərinə borcluyuq. Aydını dünyaya gətirən Sevil ananın qarşısında baş əyirəm. Ümidvaram ki, Aydınların qanı yerdə qalmayacaq. İnanıram ki, burada hüznlə söylədiyimiz sözləri qələbə sevinci ilə tamamlayacağıq”.

Şəhid atası Əmirsoltan Abdullayev isə çıxışında oğlunun xatirəsinə ehtiram göstərən hər bir kəsə, xüsusən də respublika “Xatirə kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədovaya öz təşəkkürünü bildirdi. 

Kitabın müəllifi, əməkdaşımız İradə Sarıyeva isə kitabı yazarkən ona dəstək olan hər bir şəxsə öz təşəkkürünü bildirdi.

Qeyd edək ki, “Gözlə, gələcəyəm” kitabının təqdimat mərasimində tədbir boyu BMM-də quraşdırılan monitorda Nəzakət Məmmədovanın “Haqqa qovuşduran şəhid zirvəsi” şeirinə həsr edilən klip yayımlanırdı. Klipdə Aydın Abdullayevin məzarından görüntülər, fotoşəkillərindən nümunələr də əks olunmuşdu.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ