Yevlaxda yanğın hadisəsi baş verib.
Baki-xeber.com-un FHN-in saytına istinadən verdiyi xəbərə görə, hələlik bilinməyən səbəbdən "MAZ" markalı yük avtomobilinin kabinə hissəsi yanıb. Avtomobilin qalan hissəsi və kabinədə olan 3 litrlik qaz balonu yanğından mühafizə olunub.
Bakıda da yanğın hadisəsi qeydə alınıb. Yanğın şəhərin Binəqədi rayonunda "Great Wall Wingle “ markalı minik avtomobilində baş verib. Nəticədə avtomobilin yanar hissələri yanıb. Yanğından yaxınlıqdakı ev mühafizə olunub.
Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.