Ermənistan ordusunda xidmətdə oıan rus hərbçi təsadüf nəticəsində avtomatdan açılan atəşlə birlikdə xidmət etdiyi erməni hərbçini güllələyib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “İnterfax” Cənub hərbi dairəsinə istinadən məlumat yayıb. Xəbərə görə, hadisə Alagöz hərbi dairəsində müqavilə ilə hərbi xidmətdə olan hərbçinin təlim sonrası silahı təhvil verərkən “odlu silahla kobud davranması üzündən” yaşanıb. Xidmət yoldaşını ölümcül yaraladığını görən hərbçi daha sonra özünü güllələyib.