İstanbulda Azərbaycanın İstanbul Baş Konsulluğu və İstanbul Maltəpə Bələdiyyəsinin Azərbaycanın 18 oktyabr və Türkiyənin 29 oktyabr müstəqillik günlərinə həsr edilmiş birgə hazırladığı mədəni əyləncə proqramı keçirilib. Malatya rayonunun Beşçeşmə meydanında Azərbaycanın və Türkiyənin müstəqilliyinə həsr edilmiş təntənəli proqramda Azərbaycan Baş Konsulluğunun nümayəndələri, Maltəpə Bələdiyyəsinin nümayəndələri çıxış edərək bu tarixlərin xalqlarımızın həyatındaki önəmini bir daha qeyd ediblər. Tədbirdə çoxlu sayda İstanbul sakini, İstanbulda yaşayan azərbaycanlılar, elm, sənət və siyasi xadimlər iştirak edib. Mərasimin sonunda Azərbaycan və Türkiyə sənətçilərinin möhtəşəm birgə konsert proqramı keçirilib.
Xəbəri “Olaylar”ın Türkiyə bürosu yayıb.