Ermənistan qışqabağı ölkənin qaz təminatında irəliləyişə nail olmaq üçün İran və Türkmənistana üçtərəfli format təklif edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə jurnalistlərə bu ölkənin enerji və təbii sərvətlər naziri Aşot Manukyan bildirib. Onun sözlərinə görə, İrəvan İrana təklif edib ki, Türkmənistana olan borcunun əvəzinə Ermənistana qaz versin, onun Aşqabada olan borcunu isə Ermənistan başqa məhsullarla ödəsin. Amma başqa məhsulların nədən ibarət olacağı açıqlanmır.
Xatırladaq ki, Türkmənistan 2017-ci il yanvarın 1-dən İrana nəql etdiyi məhsullara Tehranın borcu üzündən məhdudiyyət qoyub. Borcun həcmi açıqlanmasa da, məbləğın böyük olduğu bildirilir. Görünən odur ki, Ermənistan iki ölkə arasındakı gərginlikdən yararlanıb Azərbaycana təcavüzü nəticəsində düşdüyü iqtisadi blokadadan çıxmağa çalışır.
Hələlik adıçəkilən ölkələrin bu təklifə nə cavab verəcəyi bəlli deyil.