NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavellə Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin bu gün Bakıda görüşəcəyi xəbəri yayılıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “armenpress” məlumat verib. Bu, NATO-nun Rusiya Federasiyası ilə münasibətlərin dondurulması ilə bağlı qərar qəbul etməsindən sonra baş tutan ilk görüşdür. Xəbərdə deyilir ki, NATO Hərbi Komitəsinin rəhbəri, Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi və müdafiə nazirinin birinci müavini sentyabrın 7-də Bakıda xüsusi görüş keçirəcək. Xəbərdə o da bildirilir ki, “bugünkü Bakı görüşü iki general arasında sentyabrın 3-də baş tutan telefon danışığının davamı” olacaq.