Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lənkəran rayonuna səfər edib.
Baki-xeber.com-un prezident.az saytına istinadən xəbərinə görə, dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin Lənkəran şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Prezident İlham Əliyevə abidənin ətrafında, eləcə də rayonda görülən abadlıq-quruculuq işləri barədə məlumat verib.