Respublikanın cənub bölgə sakinlərinin nəzərinə çatdırırıq ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov sentyabrın 30-da Lənkəranda Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik və Lənkəran sakinlərini qəbul edəcək.
Xatırladaq ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin qəbul şərtlərinə uyğun olaraq şikayət və müraciət etmək istəyən sakinlərin qəbul zamanı birbaşa DİN rəhbərinin səlahiyyətlərinə aid məsələlər qaldırması daha müvafiqdir.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov sentyabrın 29-da Samuxda, Baş prokuror Zakir Qaralov sentyabrın 22-də Siyəzəndə, ədliyyə naziri Fikrət Məmmədov sentyabrın 22-də Samuxda şikayətçi və müraciətçi vətəndaşları qəbul edəcək. Bu və digər mərkəzi icra hakimiyyəti rəhbərlərinin bölgə qəbullarının dəqiq yeri və vaxtı barədə əlavə məlumatlar rəsmi olaraq veriləcək.
Namiq QULİYEV