Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri təxirə salınıb. APA-nın məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.
Səfir Erkan Özoral səfərin təxirə salınmasının iş proqramı ilə bağlı olduğunu açıqlayıb.
Qeyd edək ki, səfər bu il sentyabrın 10-11-də gerçəkləşməliydi.
Səfər çərçivəsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının keçirilməsi də nəzərdə tutulurdu.