Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin ermənilər tərəfindən vurulması barədə xarici KIV-lərdə yazılan məlumatlara münasibət bildirib.
Qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Trend-ə bildirib ki, bu barədə yayılan məlumatlar təmamilə yalandır. O bildirib ki, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus aviasiya dəstələri tam heyətdə yerindədir, bu ana qədər heç bir helikopterimiz vurulmayıb.
V.Dərgahlı atəşkəs rejiminin pozulması nəticəsində bir nəfər sakinin həlak olması, bir nəfərin isə yaralanması xəbərini təsdiq edib.