Ermənistan prezidenti Serj Sarkisyan bu gün axşam saatlarına Təhlükəsizlik Şurasının təçili iclasını çağırıb. Baki-xeber.com-un xəbərinə görə, bu barədə panorama.am erməni saytı xəbər yayıb.
Xəbərdə bildirilir ki, təcili toplantıya səbəb cəbhə xəttində vəziyyətin gərginləşməsidir.
Xatırladaq ki, bu gün səhər saatlarında erməni və Rusiyanın erməniyönlü saytları guya Azərbaycan Ordusunun ötən gecə ağır artilleriyadan, zirehli texnikadan və aviasiya vasitələrindən istifadə edərək qəfil hücuma keçdiyi, cavab atəşilə ermənilərin Azərbaycan HHQ-nin bir vertolyotunu vurduğu barədə xəbər yayıb. Azərbaycanın Müdafiə Nazirliyi bu xəbərlərin həqiqəti əks etdirmədiyi, erməni təxribatından başqa bir şey olmadığı barədə məlumat yayıb.