çərşənbə axşamı günü, 03 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Ramiz Rzayev dollar kreditləri ilə bağlı ictimaiyyətin ən ağrılı yerinə kiçik də olsa məlhəm qoydu...
Tarix: 02.04.2016 / 10:23
Bölmə: Gündəm
Ali Məhkəmə sədri jurnalistlərlə görüşdə bir ilin maraqlı hesabatını açıqladı...
Ali Məhkəmənin sədri Ramiz Rzayev aprelin 1-də qurumun ötən ildəki fəaliyyətinin və görülmüş işlərin yekunlarına dair geniş mətbuat konfransı keçirib. R.Rzayev bildirib ki, mətbuat və kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşün əsas məqsədi Ali Məhkəmənin 2015-ci ildə fəaliyyəti haqqında dolğun təsəvvür yaratmaqdan, bu barədə ictimaiyyətə daha geniş məlumat verməkdən, ədalət mühakiməsinə inamı artırmaqdan ibarətdir.
O deyib ki, 2015-ci il Ali Məhkəmənin fəaliyyətində bir sıra uğurlarla yadda qalıb. Ədalət mühakiməsinin yüksək səviyyədə həyata keçirilməsi üçün ən müasir standartlara uyğun şərait yaradılıb. Habelə "Elektron məhkəmə"yə keçidin təmin olunması məqsədilə Ali Məhkəmədə yeni "Elektron sənəd dövriyyəsi"nin və məhkəmə kassasiya şikayətlərinin və işlərinin elektron formada işlənməsi sistemi yenilənib. Əvvəlki illərlə müqayisədə 2015-ci ildə vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin səviyyəsi yüksəlib.
Qeyd edilib ki, Azərbaycan "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasına qoşulduğundan, Avropa Məhkəməsinin presedent hüququ bizim məhkəmə sistemimiz üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmələrin fəaliyyətinə olan tələblər daha da yüksəlib. Bu baxımdan ədalət mühakiməsini həyata keçirən hakimlərin beynəlxalq hüquq normalarını, insan hüquqları sahəsində beynəlxalq standartları, onların tətbiqi təcrübəsini mənimsəmələri önəmli olduğundan Ali Məhkəmədə hər həftə keçirilən seminarlarda beynəlxalq hüquqi aktlar, xüsusən də həmin Konvensiyanın müddəaları, Avropa Məhkəməsinin presedent hüququ müzakirə edilir. Hakimlərin və dəvət olunmuş beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə "dəyirmi masa"lar, treninqlər keçirilir. Ali Məhkəmənin beynəlxalq əlaqələri genişlənir, hakimlərimizin təkmilləşdirilməsi istiqamətində Avropa dövlətləri məhkəmələrinin müasir təcrübəsinin öyrənilməsinə kömək edən xarici ölkələrə tanışlıq səfərləri, beynəlxalq konfranslarda iştirakı təşkil olunur.
R.Rzayev deyib ki, Azərbaycan dövləti məhkəmələrin maddi-texniki bazasının yüksəlməsinə çox böyük önəm verir. Son illər 40-dək məhkəmə binası müasir standartlara uyğun layihələndirilib, qısa müddətdə 11 məhkəmə üçün yeni binalar istifadəyə verilib. Hazırda 11 bina da inşa olunmaqdadır. Bu binalarda vətəndaşların rahatlığı məqsədilə lazımi imkanların yaradılması bir çox problemləri, habelə korrupsiya şəraitini aradan qaldırır.
Ali Məhkəmənin sədri vurğulayıb ki, 2015-ci il noyabrın 4-də Prezident İlham Əliyevin Şəki məhkəmə kompleksinin açılışını etməsi hakimlər, məhkəmə işçiləri, bütün hüquqşünaslar üçün tarixi hadisədir. Bu, məhkəmə hakimiyyətinin cəmiyyətdə rolunun və yerinin müəyyənləşdirilməsinə xüsusi əhəmiyyət verilməsi kimi qiymətləndirilməlidir. Açılış mərasimində Prezident İlham Əliyev dərin məzmunlu, proqram xarakterli çıxışında ədliyyə və məhkəmə orqanları qarşısında mühüm vəzifələr qoyub, korrupsiyanın aradan qaldırılmasında məhkəmələrin rolunu xüsusi olaraq qeyd edib. Dövlət başçısı bildirib ki, korrupsiya ilə mübarizə aparmaq üçün ilk növbədə məhkəmə sistemində korrupsiya halları tam aradan qaldırılmalıdır. Ədalət mühakiməsini həyata keçirən hakimlər qanunlara dürüst əməl etməli, məhkəmələrin cəmiyyətdə nüfuzunun artmasına, məhkəmələrə inamın yüksəlməsinə nail olmalıdırlar. Məhkəmə proseslərinin şəffaf, qərarlarının ədalətli olması əsas şərtdir. Ədalətli qərarlar insanlarda dövlətə və məhkəməyə inamı artırır.
Ötən il baxılmış işlərlə bağlı məlumat verən sədr qeyd edib ki, 2015-ci ildə Ali Məhkəmənin mülki, inzibati-iqtisadi və cinayət kollegiyalarında baxılmış işlərin sayı 2014-cü illə müqayisədə artıb. Artım mülki kollegiyada 15,2, inzibati-iqtisadi kollegiyada 3,7, cinayət kollegiyasında isə 1,6 faiz səviyyəsində müşahidə olunub. Hərbi kollegiyada baxılan işlərin sayı isə 17,2 faiz azalıb.
Ümumiyyətlə, ötən il Ali Məhkəmədə 2014-cü illə müqayisədə 8,5 faiz çox - 9404 işə baxılıb. 2014-cü ildə bu rəqəm 8668 olmuşdu. Baxılan işlərin sayının artmasına baxmayaraq, ləğv olunan məhkəmə qərarlarının sayı 0,4 faiz azalıb. Bu, aşağı instansiya məhkəmələrinin əvvəlki illərə nisbətən çıxardıqları qərarlarda qanunvericiliyin daha düzgün tətbiq edilməsi sayəsində mümkün olub.
"2015-ci ildə Ali Məhkəmədə vətəndaşların ərizə və şikayətlərinə, digər müraciətlərinə baxılmasına, onlara hüquqi cəhətdən əsaslı və düzgün cavab verilməsinə diqqət artırılıb. Ötən il Ali Məhkəmənin Plenumunun 5 iclası keçirilib, 12 qərar qəbul edilib", - deyə R.Rzayev vurğulayıb.
Ramiz Rzayev hakimlər barədə də danışıb. O qeyd edib ki, son 5 ildə Məhkəmə Hüquq Şurası tərəfindən 70 hakim barəsində inzibati icraatı başlanıb.
Onun sözlərinə görə, həmin şəxslərdən 5 nəfərin səlahiyyətlərinə xitam verilib, hakimlikdən kənarlaşdırılıb, 10 nəfərinin iş yeri dəyişdirilib, 2 nəfərinin vəzifəsi aşağı salınıb, 22 nəfərinə töhmət verilib, 12 nəfərinə irad tutulub.
R.Rzayev xatırladıb ki, Məhkəmə Hüquq Şurasının fəaliyyəti dövründə 73 hakimin səlahiyyətinə xitam verilib.
Ramiz Rzayev hesabatında bildirilir ki, 2015-ci ildə Ali Məhkəmənin icraatinda cəmi 11095 iş, o cümlədən cinayət kollegiyasında 2609 nəfər haqqında 2307 iş, hərbi kollegiyada 175 nəfər haqqında 154 iş, mülki kollegiyada 6314 iş, inzibati-iqtisadi kollegiyada (inzibati) 1885 iş, inzibati-iqtisadi kollegiyada (iqtisadi) 423 iş, plenumda isə 12 iş olub.
Hesabatda bildirilir ki, ötən il məhkəmə kollegiyalarında və plenumun icraatında olan 11095 işdən 9404 işə baxılıb.
Cinayət kollegiyasında 2110 nəfər haqqında 1856 işə, hərbi kollegiyada 151 nəfər haqqında 135 işə, mülki kollegiyada 5657 işə, inzibati-iqtisadi kollegiyada (inzibati) 1399 işə, inzibati-iqtisadi kollegiyada (iqtisadi) 345 işə, plenumda isə 12 işə baxılıb.
2015-ci ildə baxılmış işlərin sayı 2014-cü illə müqayisə etdikdə, 736 işin artması görünür.
Hesabatda bildirilir ki, 2015-ci ildə respublikanın birinci instansiya ümumi və hərbi məhkəmələri tərəfindən 13 min 270 nəfər, birinci instansiya ümumi məhkəmələri tərəfindən 11 min 951 nəfər, hərbi məhkəmələr tərəfindən isə 1319 nəfər məhkum edilib.
Hesabatda qeyd edilib ki, bu müddətdə 69 nəfər barəsində bəraət hökmü çıxarılıb.
Respublikanın birinci instansiya məhkəmələri tərəfindən 2015-ci ildə ümumi məhkum edilənlərin sayı 2014-cü ilə nisbətən 72 nəfər azalıb.
Qeyd edilir ki, ötən il Ali Məhkəmənin Cinayət kollegiyasında 2609 nəfər haqqında 2307 iş icraatda olub. Bildirilir ki, həmin işlərdən iki nəfər haqqında iki iş təqdimatla, 1915 nəfər haqqında 1731 iş kassasiya şikayətinə, 692 nəfər haqqında 574 iş isə kassasiya protestinə əsasən daxil olub.
Daxil olan 2307 işdən 2110 nəfər haqqında 1856 cinayət işi üzrə kassasiya şikayəti və protestinə baxılmaqla yekun məhkəmə qərarı çıxarılıb, 76 nəfər haqqında 76 iş qanunvericilikdə nəzərdə tutulan tələblərə uyğun olmadığından baxılmamış saxlanılıb.
Kollegiya 423 nəfər haqqında 375 işi baxılması üçün 2016-cı ilə keçirib.
KİV ilə münasibətlərə də toxunan R.Rzayev qeyd edib ki, Ali Məhkəmə media ilə əməkdaşlığa mühüm əhəmiyyət verir. Məhkəmə ilə kütləvi informasiya vasitələri arasında qarşılıqlı əməkdaşlıq genişləndirilməlidir. Bu əməkdaşlıq həm də məhkəmə və cəmiyyət arasında əlaqəni daha da gücləndirir və təmin edir. Həmçinin cəmiyyətdə doğru, düzgün və ədalətli fikir formalaşdırır, məhkəmənin tərbiyələndirici funksiyasının həyata keçirilməsinə şərait yaradır. Buna görə məhkəmələrlə kütləvi informasiya vasitələri arasında nə qədər sıx münasibətlər yaranarsa, ictimaiyyət bir o qədər dolğun və ətraflı məlumata malik olar. Hüquqi dövlət quruculuğunun mühüm məsələləri arasında KİV-in cəmiyyətdə vəziyyəti və onların məhkəmə hakimiyyəti ilə münasibətləri xüsusi yer tutur. Məhkəmə-hüquq islahatları kimi genişmiqyaslı yeniliklərin informasiya təminatına və KİV-lərin dəstəyinə ehtiyac var.
Məlumat verilib ki, ictimaiyyətin məhkəmələrlə münasibətlərinin inkişafı və əməkdaşlıq üçün Ali Məhkəmə tərəfindən layihə hazırlanıb. Ali Məhkəmə fəaliyyətini cəmiyyətə daha geniş səviyyədə çatdırmaq üçün layihə çərçivəsində gələcəkdə də KİV nümayəndələri ilə fəal əməkdaşlıq edəcək.
Mətbuat konfransında Ali Məhkəmənin "Elektron məhkəmə" informasiya sistemi ilə bağlı da ətraflı məlumat verilib. Həmçinin jurnalistlərə qurumun 2015-ci ildəki fəaliyyətinə dair məlumat kitabçası paylanıb.
Sonda Ali Məhkəmənin sədri mətbuat nümayəndələrinin suallarını cavablandırıb.
Son ayların ən populyar məsələsi olan dollar kreditləri ilə bağlı sədr deyib ki, Azərbaycanda bankların müştərilərə yalnız dollarla kredit təklif etməsi vətəndaşın hüququnun pozulmasıdır.
O qeyd edib ki, manat və dollar kreditləri məsələsini banklar özləri həll edir: "Fikrimcə, vətəndaş krediti dollarla götürübsə dollarla, manatla götürübsə manatla qaytarır. Qayda belədir".
Banklar tərəfindən müştəriyə yalnız dollarla kreditin təklif edilməsinə gəlincə isə, R.Rzayev bildirib ki, bu, vətəndaşın hüququnun pozulmasıdır. Lakin məhkəmə bankların daxili işinə müdaxilə edə bilmir.
Ramiz Rzayev həbsdə olan jurnalist Xədicə İsmayılın azadlığa buraxılacağı ilə bağlı yayılmış xəbərlərə də münasibət bildirib. Ali Məhkəmənin sədri bu məsələ ilə bağlı konkret qərar qəbul olunmadığını deyib: "Bununla bağlı müraciət olubsa, Ali Məhkəmə müraciəti plenuma çıxaracaq. Lakin artıq hər hansısa müraciətə baxılıbsa və qərar qəbul edilibsə, Ali Məhkəmə ikinci dəfə məsələyə baxmayacaq. Bu işlə bağlı ya müraciət olunmalıdır, ya da Baş Prokurorluq protest verməlidir. Bu müraciətlər olmasa, biz hər hansısa işə baxa bilmərik".
Xatırladaq ki, X.İsmayıl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7,5 il müddətinə azadlıqdan məhrum edilib.
Jurnalist Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə təqsirləndirilib.
Hökmdən apelyasiya şikayəti verilsə də, Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Jurnalist Bakı Apelyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verib.
Namiq QULİYEV
DİGƏR XƏBƏRLƏR
Tarix: 30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
Tarix: 29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
Tarix: 28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ
Tarix: 28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu -
aktivləri donduruldu
Tarix: 28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” -
85 nəfər saxlandı
Tarix: 27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
Tarix: 27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
Tarix: 27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub -
işin içində azərbaycanlılar da var…
Tarix: 26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi
Tarix: 24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə -
gənclər Vuçiçi devirməyə qərarlıdır
Tarix: 22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi
Tarix: 20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı -
həm də insan haqları mövzusunda…
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...
Tarix: 29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...
Tarix: 29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...
SON XƏBƏRLƏR
03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz”
- Şoyqudan Avropaya təhdid kimi mesaj...
03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...
03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda...
- FOTO
03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi
03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi
- FOTO
03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...
03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...
03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...
03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi
03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...
03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...
03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım...
Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...
03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı
02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər
- körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…
02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz
- Aydın QULİYEV yazır...
02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır
- Pentaqon rəhbəri qurban verilə bilər…
02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...
02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” -
müvafiq əməliyyat 2013-cü ildə başlayıb
02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...
02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....
02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi
- seçkiqabağı gözlənilməz qərar verdi...
02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq
02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq?
- İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...
02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır...
Rəsmi Bakının adı çəkilir...
02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub”
- Ermənistandan yeni iddia...
02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...
02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...
02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...
02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır
02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi -
ölkə dərin siyasi böhranda...
02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar...
Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...
02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb
- FOTO
02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?
02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı
02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?
02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir
- Susmaq olmaz...
02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı
02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..
02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...
02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...
02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı
- mərkəz direktoru və meşəbəyi həbs edildi
02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...
02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....
02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...
02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq
– “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”
02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası
- Rizvan Qarabağlı yazır...
02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi
- 23 kq-a yaxın narkotik ələ keçirildi...
02.11.2026 / 12:47
Ərdoğan Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi
02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI:
SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR
02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb”
- Paşinyan
02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı
02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır"
- Media və Yayım Şurasından xəbərdarlıq...
02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq
02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...
02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi
02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...
02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik"
- Tramp amerikalılara səsləndi
02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər
- İranlı deputat açıqladı…
02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi
- Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…
01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
- VİDEO
01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…
01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib
- FOTO
01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…
01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...
01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...
01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub
- FOTO
01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz"
– Mətbuat Şurasının sədri
01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə
- AQTA araşdırmalara başladı...
01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə
- öncə qəza, ardınca partlayış…
01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…
01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…
01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"???
Daha bu qədər də yox axı...Ağ eləməyin...
01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…
01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı
01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur"
- Prezident
01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir"
- Vüqar Rəhimzadə
01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı -
dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı
01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər
- Tramp açıqladı…
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
Tarix: 28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi -
Yunanıstan dəstəkləndi...
XƏBƏR ARXİVİ