Azərbaycan nüvə qaçaqmalçılığı və nüvə terrorizmi təhlükələrinin qarşısının alınmasında çox mühüm tərəfdaşdır. "Trend”-in məlumatına görə, bunu ABŞ prezidenti Barak Obama IV Nüvə Təhlükəsizliyi sammitindən sonra keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan bu prosesdə iştirak etmiş bir çox ölkələr kimi ümumi təhlükənin qarşısının alınması üçün artıq bir sıra addımlar atıb. B.Obama bildirib: "Elə ölkələr də var ki, nüvə materiallarının qaçaqmalçılığı üçün potensial tranzit nöqtələri ola bilər və onlar sərhəd məntəqələrin nəzarəti sahəsində bizimlə birgə işləyiblər. Azərbaycan öz yerləşmə mövqeyinə görə bu prosesdə mühüm tərəfdaşdır".