Dağıstanın Dərbənd rayonunda terroristlərə aid olduğu ehtimal edilən sığınacaq aşkarlanıb. Baki-xeber.com-un Vestnik Kavkaza saytına istinadən xəbərinə görə, bu barədə regionun güc strukturları xəbər yayıb.
"Sığınacaq Zidyan-Qazmalar kəndinin girişində aşkarlanıb”- deyə xəbərdə bildirilir. Əraziyə dərhal xüsusi təyinatlılar, minaaxtaranlar və kinoloqlar cəlb olunub. Hazırda bölgədə yoxlamalar aparılır.