Türkiyənin Hatay vilayətində təhlükəsizlik qüvvələrilə terrorçular arasında atışma baş verib. Baki-xeber.com-un haber7-yə istinadən xəbərinə görə, i PKK terrorçusu ölü olaraq ələ keçirilib.
Xəbərə görə, Belen ilçəsinin Çərçikaya məhəlləsində asayışı qoruyan təhlükəsizlik qüvvələri ilə terrorçular arasında yaşanan atışmanın ardından terrorçuların yaxalanması istiqamətində əməliyyat başlayıb. Öldürülən terrorçunun cəsədi İsgəndərun dövlət xəstəxanasına təhvil verilib.
Təhlükəsizlik qüvvələri arasında itki yoxdur.