Aprelin 5-6-da İranın Ramsar şəhərində Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşünün keçirilməsi nəzərdə tutulub. Bu barədə Trend-ə XİN-in Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
Görüşdə regional təhlükəsizlik, beynəlxalq terrorçuluğa qarşı birgə mübarizə, yüklərin tranzit daşınmasının təkmilləşdirilməsi məsələlərinin müzakirə ediləcəyi, nazirlərin regionda baş verən siyasi proseslərlə yanaşı, iqtisadi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələsinə də toxunacağı gözlənilir.