Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində ABŞ prezidenti Barak Obama ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olub. Baki-xeber.com-un xəbərinə görə, bu barədə "Reuters” Ağ Evin katibliyinə istinadən məlumat yayıb.
Xəbərə görə, iki ölkə lideri, ısasən, "İslam dövləti” terrorçu qruplaşmasına qarşı mübarizənin gücləndirilməsini müzakirə edib. Obama, fürsətdən istifadə edərək, 31 martda Diyarbəkirdə törədilən terror aktı nəticəsində 7 nəfər polisin həlak olması ilə əlaqədar Türkiyə prezidentinə başsağlığı verib və ABŞ-ın Türkiyənin təhlükəsizliyinə dəstəyinin davam edəcəyini bildirib.