Cümə axşamı günü, 05 noyabr 2026
     

Azər­bay­can­da di­ni ekstre­miz­mə qar­şı mü­ba­ri­zə qay­da­la­rı sərtləş­di­ril­di

Image


Di­ni ayin­lər za­ma­nı yı­ğı­lan və­sa­it­lə­rin he­sa­ba­tı­nı apar­maq la­zım­dır. "Trend"in mə­lu­ma­tı­na gö­rə, be­lə bir tək­lif­lə Mil­li Məc­li­sin bugünkü ple­nar ic­la­sın­da mil­lət və­ki­li Za­hid Oruc çı­xış edib.

Z.Oruc qeyd edib ki, dün­ya­da ter­ro­rizmlə fə­al mü­ba­ri­zə ge­dir və ter­ro­riz­min ma­liy­yə­ləş­di­ril­mə­si özü bir ci­na­yət­dir: "Dü­şü­nü­rəm ki, bü­tün zi­ya­rət­gah­lar­da top­la­nan ia­nə­lə­rin he­sa­ba­tı apa­rıl­ma­lı­dır. Nə qə­dər və­sa­it yı­ğı­lır, nə qə­dər xərclə­nir, mə­lum de­yil. De­yi­lən­lə­rə gö­rə, tək­cə Nar­da­ran­da di­ni ayin­lər za­ma­nı bir mil­yon ma­na­ta ya­xın pul yı­ğı­lıb. Gö­rün­dü­yü ki­mi, bu və­sa­it qə­sə­bə­nin in­ki­şa­fı­na de­yil, ter­ro­riz­min ma­liy­yə­ləş­di­ril­mə­si­nə və si­lah alın­ma­sı­na sərf edi­lir".

Mil­lət və­ki­li Fa­zil Mus­ta­fa isə di­gər mil­lət və­ki­li Na­qif Həm­zə­ye­vin Azər­bay­can Xalq Cum­hu­riy­yə­ti­nin qu­ru­cu­su Mə­həm­məd Əmin Rə­sul­za­də ba­rə­də təh­qi­ra­miz fi­kir söy­lə­mə­si­nin yol­ve­ril­məz ol­du­ğu­nu bil­di­rib(APA).

F.Mus­ta­fa de­yib ki, tən­qi­di fi­kir­lər ola bi­lər, an­caq təh­qi­rə yol ver­mək ol­maz. O qeyd edib ki, Gən­cə­də Mə­həm­məd Əmin Rə­sul­za­də­nin büs­tün­dən çu­va­lın gö­tü­rül­mə­si yax­şı hal­dır, ən azı tən­qid­lər­dən yə­qin mü­əy­yən nə­ti­cə­lər çı­xa­rı­lıb: "Bir mə­qa­mı de­yim. Biz Hey­dər Əli­ye­və qar­şı kəs­kin mü­ba­ri­zə apar­mı­şıq, an­caq Hey­dər Əli­yev Əbül­fəz El­çi­bəy və­fat edən­də gə­lib onun ba­şı üzə­rin­də da­yan­dı. Hey­dər Əli­ye­və cəb­hə­çi­lə­rin mü­na­si­bə­ti tam də­yiş­di. Mil­li Məc­lis­də Mə­həm­məd Əmin Rə­sul­za­də­nin təh­qir olun­ma­sı ilə bağ­lı mə­sə­lə­yə mü­na­si­bət bil­di­ril­mə­li­dir".

Mil­li Məc­lis səd­ri­nin bi­rin­ci mü­a­vi­ni Zi­ya­fət Əs­gə­rov isə qeyd edib ki, Na­qif Həm­zə­yev mü­sa­hi­bə­sin­də be­lə fi­kir söy­lə­mə­di­yi­ni de­yir: "Na­qif Həm­zə­yev de­yib ki, be­lə fi­kir söy­lə­mə­yib, fi­kir­lə­ri kon­tekstdən çı­xa­rı­lıb. Də­qiq­ləş­mə­miş mə­sə­lə­yə biz nə mü­na­si­bət bil­di­rək? Qə­zet re­dak­si­ya­sı ilə de­pu­tat otu­rar, mə­sə­lə­ni ay­dın­laş­dı­rar, son­ra mü­na­si­bət bil­di­ri­lər".


Va­hid is­tin­taq or­qa­nı­ ya­ra­dıl­sın!

"Mil­li Təh­lü­kə­siz­lik Na­zir­li­yi ilə bağ­lı mə­sə­lə, Nar­da­ran və di­gər ha­di­sə­lər döv­lə­ti qar­şı­sı­na qoy­du­ğu hə­dəf­dən ya­yın­dır­mır". Bu­nu da Za­hid Oruc de­yib.

Mil­li Təh­lü­kə­siz­lik Na­zir­li­yin­də apa­rı­lan son həbslə­rə to­xu­nan Z.Oruc qeyd edib ki, bəl­kə də heç bir döv­lət­də təh­lü­kə­siz­lik or­qan­la­rın­da bu qə­dər şəxs həbs olun­ma­yıb: "Pro­ku­ror­luq­da təh­lü­kə­siz­lik or­qan­la­rı­na nə­za­rət­lə bağ­lı qu­rum var. Bu qu­rum son il­lər­də təh­lü­kə­siz­lik or­qan­la­rı­nın han­sı id­di­a­la­rı­nı rədd edib? Ay­rı-ay­rı döv­lət or­qan­la­rın­da is­tin­taq qu­rum­la­rı ləğv edil­mə­li­dir. Va­hid is­tin­taq or­qa­nı­nın ya­ra­dıl­ma­sı mə­sə­lə­si­nə də ba­xı­la bi­lər".

Z.Oruc de­yib ki, İs­la­mı ələm uçurtmaq və di­gər hal­lar­la nü­ma­yiş et­dir­mək hal­la­rı­na rast gə­li­nir: "Nar­da­ran­da mey­dan­la­ra İmam Hü­seyn, İmam Əli və di­gər ad­lar ve­ri­lib. Azər­bay­can hü­qu­qi döv­lət­dir və mey­dan­la­ra di­ni ad­la­rın ve­ril­mə­si ki­mi mə­sə­lə­lər də qa­nun­ve­ri­ci­lik­lə mü­əy­yən­ləş­di­ril­mə­li­dir. Ekstre­miz­min ma­liy­yə­ləş­mə­si mə­sə­lə­si­nə də to­xun­maq is­tə­yi­rəm. Pir­lər­də, zi­ya­rət­gah­lar­da top­la­nan və­sa­it­lər ha­ra xərclə­nir? Nar­da­ran­da­kı zi­ya­rət­gah­lar­da top­la­nan ia­nə­lər ha­ra xərclə­nir, han­sı prob­le­min həl­li­nə yö­nəl­di­lib? Gö­rü­nür, bu və­sa­it­lər han­sı­sa prob­le­min həl­li­nə yox, si­lah alın­ma­sı­na və di­gər zə­rər­li məq­səd­lə­rə sərf olu­nub".


"Di­ni ekstre­miz­mə qar­şı mü­ba­ri­zə haq­qın­da" qa­nun qə­bul edil­di

Azər­bay­can­da di­ni ekstre­mizm əley­hi­nə ke­çi­ri­lən xü­su­si əmə­liy­yat­lar za­ma­nı di­ni ekstre­mistlə­rin hə­ya­tı­na, sağ­lam­lı­ğı­na və ya əm­la­kı­na zi­yan vu­rul­ma­sı­na ica­zə ve­ri­lə­cək. Bu­nun­la bağ­lı mə­sə­lə ye­ni ha­zır­la­nan "Di­ni ekstre­miz­mə qar­şı mü­ba­ri­zə haq­qın­da" qa­nun la­yi­hə­sin­də öz ək­si­ni ta­pıb.

Hü­quq si­ya­sə­ti və döv­lət qu­ru­cu­lu­ğu, İc­ti­mai bir­lik­lər və di­ni qu­rum­lar tə­rə­fin­dən bir­gə ha­zır­la­nan la­yi­hə üç fə­sil 15 mad­də­dən iba­rət­dir.

Mil­li Məc­li­sin ple­nar ic­la­sın­da la­yi­hə səs­ver­mə­dən son­ra I oxu­nuş­da qə­bul olu­nub. Ye­ni qa­nun la­yi­hə­si­nə əsa­sən, di­ni ekstre­mizm, di­ni fa­na­tizm və di­ni ra­di­ka­lizm hal­la­rı­nın aş­kar­lan­ma­sı­na və qar­şı­sı­nın alın­ma­sı­na və bu hal­lar nə­ti­cə­sin­də də­yə bi­lə­cək zə­rə­rin mi­ni­mu­ma en­di­ril­mə­si­nə kö­mək edə bi­lə­cək mə­lu­mat­la­rın mü­va­fiq döv­lət or­qan­la­rı­na ver­mək hər kə­sin bor­cu­dur.

Qa­nun la­yi­hə­sin­də qeyd olu­nub ki, di­ni ekstre­mist fə­a­liy­yə­tin­də iş­ti­rak edən şəxslər Ci­na­yət, İn­zi­ba­ti Xə­ta­lar və Mül­ki mə­cəl­lə­lər ilə nə­zər­də tu­tul­muş qay­da­da mə­su­liy­yət da­şı­yır­lar. Di­ni ekstre­mist fə­a­liy­yə­ti­lə məş­ğul olan hü­qu­qi şəxslə­rin qey­diy­ya­tı ləğv edi­lir və on­la­rın fə­a­liy­yə­ti qa­da­ğan edi­lir.

La­yi­hə­yə əsa­sən, Azər­bay­can qa­nun­ve­ri­ci­li­yi ilə nə­zər­də tu­tul­muş qay­da­da di­ni ekstre­mizm əley­hi­nə apa­rı­lan xü­su­si əmə­liy­yat za­ma­nı di­ni ekstre­mistlə­rin hə­ya­tı­na, sağ­lam­lı­ğı­na və ya əm­la­kı­na zi­yan vu­rul­ma­sı­na yol ve­ri­lir. Di­ni ekstre­miz­mə qar­şı mü­ba­ri­zə­də iş­ti­rak edən şəxs di­ni ekstre­mizm əley­hi­nə apa­rı­lan xü­su­si əmə­liy­yat za­ma­nı vu­rul­muş zi­ya­na gö­rə mə­su­liy­yət da­şı­mır.

Əsas məq­səd cə­miy­yə­tin və döv­lə­tin təh­lü­kə­siz­li­yi­nin tə­min edil­mə­si, di­ni ekstre­miz­min aş­kar edil­mə­si, qar­şı­sı­nın alın­ma­sı və di­ni ekstre­mizm nə­ti­cə­sin­də göz­lə­ni­lən zə­rə­rin mi­ni­mu­ma en­di­ril­mə­si, di­ni ekstre­miz­min ya­ran­ma­sı və di­ni ekstre­mist fə­a­liy­yə­tin hə­ya­ta ke­çi­ril­mə­si sə­bəb­lə­ri­nin və şə­ra­i­ti­nin, ha­be­lə di­ni ekstre­miz­min ma­liy­yə­ləş­di­ril­mə­si hal­la­rı­nın aş­kar və ləğv edil­mə­si­dir.

Qeyd edək ki, la­yi­hə səs­ver­mə­dən son­ra I oxu­nuş­da qə­bul olu­nub.


Ter­ror fə­a­liy­yə­ti­nə gö­rə və­tən­daş­lıq iti­ri­lə­cək

"Azər­bay­can Res­pub­li­ka­sı­nın və­tən­daş­lı­ğı haq­qın­da" qa­nu­na mü­va­fiq də­yi­şik­lik­lər də Mil­li Məc­li­sin ic­la­sın­da təs­diq edi­lib. Dəyişikliyə görə, Azər­bay­can və­tən­daş­la­rı öl­kə­nin konsti­tu­si­ya qu­ru­lu­şu­nun zor­la də­yiş­di­ril­mə­si­nə, ter­ror fə­a­liy­yə­ti­nə yö­nəl­dil­miş hə­rə­kət­lə­ri­nə gö­rə və­tən­daş­lıq­la­rı­nı iti­rə bi­lər­lər. Bun­dan baş­qa, Azər­bay­can və­tən­da­şı­nın di­ni ekstre­mist fə­a­liy­yət və ya di­ni təh­sil adı al­tın­da xa­ri­ci döv­lət­də hər­bi tə­lim keç­mə­si, düş­mən­çi­lik zə­mi­nin­də di­ni məz­həb­lə­rin ya­yıl­ma­sı və ya di­ni ayin­lər adı al­tın­da xa­ri­ci döv­lət­də di­ni mü­na­qi­şə­lər­də iş­ti­rak et­mə­si və ya hə­min fə­a­liy­yə­tə di­gər şəx­si cəlb et­mə­si, ya­xud bu məq­səd­lə si­lah­lı qrup ya­rat­ma­sı və­tən­daş­lı­ğı­nın iti­ril­mə­si ilə nə­ti­cə­lə­nir.


Ekstre­miz­mə gö­rə va­li­deyn hü­qu­qun­dan məh­rum et­mək...

Azər­bay­can­da ekstre­miz­mə gö­rə va­li­deyn hü­qu­qun­dan məh­rum et­mək tək­lif edi­lib. Bu tək­lif­lə de­pu­tat Qüd­rət Hə­sən­qu­li­yev Mil­li Məc­li­sin bu gün ke­çi­ri­lən ple­nar ic­la­sın­da çı­xış edib.

O, Ci­na­yət Mə­cəl­lə­si­nə mü­va­fiq də­yi­şik­lik et­mə­yi tək­lif edib.

Bun­dan baş­qa, Q.Hə­sən­qu­li­yev qeyd edib ki, Da­xi­li İş­lər Na­zir­li­yi tə­rə­fin­dən xü­su­si əmə­liy­yat ke­çi­ri­lər­kən jur­na­listlər üçün bri­finqlər təş­kil edil­sin: "Be­lə bri­finqlər döv­lət sir­ri olan mə­lu­ma­tın ya­yıl­ma­sı­nın qar­şı­sı­nı al­ma­ğa im­kan ve­rə­cək".


Po­li­sin sə­la­hiy­yət­lə­ri ar­tı­rıl­dı

Azər­bay­can­da po­li­sə ter­ror­çu­luq və ya di­ni ekstre­mizm, ya­xud Konsti­tu­si­ya qu­ru­lu­şu­nun də­yiş­di­ril­mə­si ilə bağ­lı ci­na­yət­lə­rin qar­şı­sı­nın alın­ma­sın­da od­lu si­lah­dan is­ti­fa­də et­mək sə­la­hiy­yə­ti ve­ri­lib. Bu­nun­la bağ­lı "Po­lis haq­qın­da" qa­nu­na mü­va­fiq də­yi­şik­lik Mil­li Məc­li­sin bu gün ke­çi­ri­lən ple­nar ic­la­sın­da təs­diq edi­lib.

Qa­nu­nun 26-cı mad­də­si­nə (Po­lis tə­rə­fin­dən fi­zi­ki qüv­və­nin, xü­su­si va­si­tə­lə­rin və ya od­lu si­la­hın tət­bi­qi) tək­lif edi­lən əla­və­yə əsa­sən, ter­ror­çu­luq və ya di­ni ekstre­mizm, ya­xud Konsti­tu­si­ya qu­ru­lu­şu­nun də­yiş­di­ril­mə­si ilə bağ­lı ci­na­yət­lə­rin qar­şı­sı alın­dıq­da po­lis tə­rə­fin­dən fi­zi­ki qüv­və, xü­su­si va­si­tə­lər və ya od­lu si­lah tət­biq edi­lə­cək.


Di­ni mə­ra­sim­lər­lə bağ­lı qay­da­lar da sərtləş­di­ril­di

Xa­ric­də di­ni təh­sil al­mış Azər­bay­can və­tən­daş­la­rı­na is­lam di­ni­nə aid ayin və mə­ra­sim­lə­rin apa­rıl­ma­sı qa­da­ğan edi­lib. Bununla bağlı "Di­ni eti­qad azad­lı­ğı haq­qın­da" qa­nu­na mü­va­fiq də­yi­şik­lik Mil­li Məc­li­sin ple­nar ic­la­sın­da qə­bul edi­lib.

Də­yi­şik­lə­rə əsa­sən, iba­dət­gah­lar­dan kə­nar­da, ic­ti­mai yer­lər­də di­ni şü­ar­la­rın və di­gər di­ni at­ri­but­la­rın (şəx­sin üs­tün­də gəz­dir­di­yi di­ni at­ri­but­lar is­tis­na ol­maq­la) nü­ma­yiş et­di­ril­mə­si qa­da­ğan­dır. Di­ni bay­raq­lar yal­nız iba­dət­gah­la­rın, di­ni mər­kəz və ida­rə­lə­rin üzə­rin­də yer­ləş­di­ri­lə bi­lər.

Par­la­men­tin vit­se-spi­ke­ri Zi­ya­fət Əs­gə­ro­vun söz­lə­ri­nə gö­rə, də­yi­şik­lik­lər xa­ric­də təh­sil alan təq­ri­bən 3 min öl­kə və­tən­da­şı­nın Azər­bay­can­da iş­lə­yə bil­mə­yə­cə­yi an­la­mı­na gəl­mir: "On­lar ye­nə də di­ni ob­yektlər­də, hət­ta döv­lət or­qan­la­rın­da iş­lə­yə bi­lər­lər. Bu, yal­nız is­lam ayin və mə­ra­sim­lə­ri­nin ke­çi­ril­mə­si­nə aid­dir".

"Di­ni eti­qad azad­lı­ğı haq­qın­da" qa­nu­na də­yi­şik­lik­lər­lə əla­qə­dar Ci­na­yət Mə­cəl­lə­si­nə də mü­va­fiq də­yi­şik­lik edi­lib. İs­lam di­ni­nə aid ayin və mə­ra­sim­lə­rin xa­ric­də di­ni təh­sil alan Azər­bay­can Res­pub­li­ka­sı­nın və­tən­da­şı tə­rə­fin­dən apa­rıl­ma­sı­na gö­rə 1000 ma­nat­dan 5000 ma­na­ta qə­dər cə­ri­mə və ya 1 ilə­dək müd­dət­də azad­lıq­dan məh­ru­met­mə cə­za­sı tət­biq olu­na­caq.

Xa­ri­ci və­tən­daş­lar və ya və­tən­daş­lı­ğı ol­ma­yan şəxslər Azər­bay­can­da di­ni təb­li­ğa­ta gö­rə 1 il­dən iki ilə­dək azad­lıq­dan məh­rum edi­lə­cək.

Bu hə­rə­kət­lər tək­rar­la­nar­sa (o cüm­lə­dən qrup ha­lın­da) 2 il­dən 5 ilə­dək azad­lıq­dan məh­rum et­mə cə­za­sı nə­zər­də tu­tu­lur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ