şənbə günü, 20 iyun 2026
     

Zakir Qaralov ölkənin ictimai-siyasi və kriminal durumunu necə xarakterizə etdi?

Image


Azərbaycanın prokurorluq orqanları digər hüquq-mühafizə orqanları ilə birlikdə ölkədə ictimai siyasi sabitliyin qorunması, vətəndaşların hüquq və azadlıqların qorunması və cinayətkarlıq sahəsində müəyyən müsbət nəticələr əldə edilib. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında baş prokuror Zakir Qaralov deyib.

Z.Qaralovun sözlərinə görə, Azərbaycan MDB və Şərqi Avropa ölkələri sırasında ən təhlükəsiz respublikadır. Baş prokuror Z.Qaralov qeyd edib ki, baş verən bütün ağır və xüsusi ilə ağır cinayətlərin tam əksəriyyəti açılıb. Bu ilin 9 ayı ərzində 156 qəsdən adam öldürmə cinayətinin 150-nin isti izlərlə açılması təmin edilib.

224 nəfər vəzifəli şəxs barəsində 154 cinayət işi məhkəmələrə göndərilib. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsininin icraatında 105 cinayət işi istintaq olunub.

2014-cü ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 9145 ərizə və şikayətə baxılıb. Onlardan 5951 müraciət qurumun "Qaynar xətt” əlaqə mərkəzinə daxil olub. Müraciətlərin 21-i üzrə müvafiq əsaslar müəyyən olunduğundan Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə cinayət işi başlanaraq istintaq aparılıb.

İl ərzində Baş İdarə tərəfindən 326 cinayət xarakterli müraciət və məlumat araşdırılıb ki, onlardan da 98-i mənimsəmə, 85-i dələduzluq, 57-si vəzifədən sui-istifadə etmə, 27-si saxta sənəddən istifadə etmə, 25-i rüşvət, 4-ü qanunsuz kredit alma, 3-ü vergi ödəməkdən yayınma, 3-ü qanunsuz sahibkarlıq, 1-i qaçaqmalçılıq, 1-i kompüter sisteminə qanunsuz daxil olma, 22-si isə digər cinayətlərlə əlaqədar olub. İl ərzində Baş İdarənin Əməliyyat şöbəsi tərəfindən keçirilmiş 10 əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 12 şəxs cinayət başında yaxalanıb. 12 nəfər barəsində 11 cinayət işi isə Əməliyyat şöbəsinin əməkdaşlarının apardığı araşdırma nəticəsində başlanıb. 2014-cü il ərzində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 333 şəxs barəsində 206 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib.

Həmin işlərdən 171 iş maddi ziyanla əlaqədar olub ki, vurulmuş 76 milyon manatdan yuxarı ziyanın 72 faizinin istintaq zamanı ödənilməsi təmin edilib. 2015-cü ilin birinci yarımili ərzində Baş İdarədə 5150 ərizə və şikayətə baxılıb ki, onlardan 3414 müraciət qurumun "Qaynar xətt” əlaqə mərkəzinə daxil olub. Həmin müraciətlərin 12-si üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanaraq istintaq aparılıb.

Cari ilin birinci yarımili ərzində Baş İdarə tərəfindən 95 cinayət xarakterli müraciət və məlumata baxılıb ki, onlardan da 14-ü rüşvət, 20-si vəzifədən sui-istifadə etmə, 30-u dələduzluq, 15-i mənimsəmə, 2-si saxta sənəddən istifadə etmə, 1-i saxta müflisləşmə, 3-ü qanunsuz sahibkarlıq, 1-i əmtəə nişanlarından qanunsuz istifadə, 5-i isə digər cinayətlərlə əlaqədar olub.

Həmin müddət ərzində Baş İdarənin Əməliyyat şöbəsi tərəfindən keçirilmiş 10 əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 10 şəxs cinayət başında yaxalanıb, 5 nəfər barəsində 5 cinayət işi isə Əməliyyat şöbəsinin əməkdaşlarının apardığı araşdırma nəticəsində başlanıb. 2015-ci ilin birinci yarımili ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 270 cinayət işinin ibtidai araşdırması həyata keçirilib.

Həmin cinayət işləri əsasən mənimsəmə və israfetmə, dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rüşvət alma (passiv rüşvətxorluq), vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, vəzifə saxtakarlığı, saxta sənədlərdən istifadə etmə və digər faktlarla əlaqədar olub. Bu müddət ərzində 158 şəxs barəsində 99 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib.

Baş prokuror bildirib ki, korrupsiya cinayətləri ölkədə bütün sahələri əhatə edir: "Bu ilin yalnız 9 ayı ərzində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə 5 mindən artıq müraciət daxil olub. Mürcaiətlər həm yerli icra orqanları, hüquq-mühafizə orqanları, əhalinin sosial problemləri, bələdiyyələrlərlə bağlıdır”.

O qeyd edib ki, dövlət başçısının tapşırığına əsasən, korrupsiya ilə mübarizə işi mütəmadi və ardıcıl aparılır: "Korrupsiya mövcud olan qurumların hər biri, o cümlədən bununla bağlı daxil olan müraciətlər və qanunvericilik ayrılıqda təhlil edilir. İş elə təşkil olunmalıdır ki, məmur-vətəndaş ünsiyyəti demək olar ki, minimuma endirilsin. Bunun bariz nümunəsi "ASAN xidmət” mərkəzləridir. Biz elə etməliyik ki, bütün sahələrdə korrupsiya hallarına yol verilməsin. Bu işdə vətəndaşlarımız da fəal olmalı və korrupsiya hüquqpozmaları barədə vaxtında məlumat verməlidirlər”.


Azərbaycanın baş prokurorundan Avropa Parlamentinə etiraz

Zakir Qaralov Azərbaycanın Baş Prokurorluğunun Avropa Parlamentinin qərəzli qətnaməsi ilə bağlı da Beynəlxalq Prokurorlar Assosiasiyasının Sürixdə keçirilən toplantısında bəyanat verdiyini deyib. O, qeyd edib ki, Avropa Parlamentinin Azərbaycan haqqında qətnamə qəbul etməyə ixtiyarı yoxdur. Çünki Azərbaycanın Avropa Parlamenti qarşısında öhdəliyi yoxdur.

Z.Qaralov bildirib ki, digər tərəfdən hüquqi müstəvidə həll olunan məsələləri siyasiləşdirmək olmaz: "Bildiyiniz kimi, mərhum jurnalist Rasim Əliyevin qətlə yetirilməsi faktı ilə bağlı dövlət başçısı məlumatlandırılıb. Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun istintaq əməliyyat qurupu bir günün içində bu cinayətdə iştirak etmiş bütün şəxsləri müəyyən edərək, onların həbsini həyata keçirib. Yaxın zamanlarda isə iş məhkəməyə göndəriləcək. Bu cinayət işinin siyasiləşdirilməsi yolverilməzidr".

Baş prokuror qeyd edib ki, dünyanın bir çox ölkələrində jurnalistlərin qətl hadisəsi baş verir: "Biz bu hadisələri ciddi şəkildə pisləyirik. Çünki bu, bizim cəmiyyətə xas olan hal deyil. Sərhədsiz Reportyorlar Birliyinin məlumatına görə, ötən il dünyada 61 jurnalist qətlə yetirilib. Bu ilin 9 ayı ərzində 41 jurnalist qətlə yetirilib. Belə çıxır ki, hansı ölkədə jurnalist qətlə yetirilirsə, Avropa Parlamenti xüsusi bəyanat verməlidir? Xeyr. Bu qərəzli bəyanatdır. Heç kəs Azərbaycanın daxili işlərinə qarışa bilməz. Bu halda hər kəs çıxarılan hökmlərə hörmətlə yanaşmalıdır. Məhkəmə hakimiyyətin müstəqil qoludur. Heç kəsin məhkəmə hakimiyyətinin işinə qarışmağa ixtiyarı yoxdur".


Zakir Qaralov bəzi QHT-ləri və jurnalistləri qınadı

Baş prokurorun sözlərinə görə, bəzi qeyri-hökumət təşkilatları Azərbaycan qanunlarına hörmətlə yanaşmır. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Zakir Qaralov deyib. Baş prokurorun sözlərinə görə, bəzi QHT-lər rəsmi olaraq qeydiyyatdan keçmir, aldığı pullar barədə dövlət qurumlarına məlumat vermirlər.

Z.Qaralov bildirib ki, xarici KİV orqanlarında çalışan jurnalistlər müvafiq müqavilələr bağlamır: "Bəzi QHT-lərin aldığı qrant vəsaitləri verilən məlumatda göstəriləndən qat-qat yüksək olur. Ona görə də mənim bütün QHT-lərə və jurnalistlərə müraciətim ondan ibarətdir ki, Azərbaycan qanunlarına hörmətlə yanaşsınlar. Mövcud qanunvericiliyin tələblərini pozmasınlar. Əgər onlar havadarları vasitəsilə korrupsiya sxemlərinə davam edəcəklərsə, sözsüz ki, qanun qarşısında cavab verəcəklər”.


Azərbaycanda intihar hadisələrində artma tendensiyası mövcuddur

Zakir Qaralov bildirib ki, bu gün Azərbaycanda intihar hadisələrində artma tendensiyası mövcuddur. Z.Qaralov bildirib ki, baş verən hər bir intihar hadisəsi ilə bağlı rayon prokurorları dərhal hadisə yerinə çıxır, baxış keçirir, hər baş vermiş intihar hadisəsi ilə bağlı cinayət işi başlanılır.

Baş prokuror qeyd edib ki, bu, birbaşa həm qanunun tələbi, həm də onun göstərişi ilə edilir.

Z.Qaralov sözlərinə görə, istintaq çərçivəsində baş verən intihar hadisəsinin səbəbləri tam ciddiliyi ilə araşdırılır: "Baş verən intiharların müxtəlif səbəbləri var. Məlum olur ki, bəzi vətəndaşların psixi xəstəlikləri mövcuddur. Lakin onlar xəstə kimi vaxtında qeydiyyata alınmırlar. Eyni zamanda, vətəndaşlar mövcud ailə problemləri ucbatından intihar edir. Yəni səbəblər çoxdur. Bunlar ümumiləşdirilir və onlarla bağlı müvafiq icra orqanlarına, qurumlara təkliflərimizi veririk”.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

"Trampla İranın gizli razılaşdıqları başqa bir mətn var" - İddia...

Tramp dünyanı yenə heyrətləndirdi...

SON XƏBƏRLƏR

20.06.2026 / 13:09
Qərbi Azərbaycanda milli-mədəni irsin məhv edilməsi və saxtalaşdırılması faktları araşdırılıb

20.06.2026 / 12:14
Dünya Çempionatını izləmənin ən cazibədar ünvanı - Antiphellos Teatrı…

20.06.2026 / 12:01
Kitabxana işçiləri ilə attestasiya prosesi üzrə ilk məlumatlandırıcı görüş keçirilib

20.06.2026 / 11:59
“Bizim Maqsud müəllim” tamaşası nümayiş olub

20.06.2026 / 11:56
Tramp Süleymaninin öldürülməsinin səbəbini açıqladı

20.06.2026 / 11:54
ABŞ-İran danışıqları: Uitkoff İsveçrəyə səfər edəcək

20.06.2026 / 11:23
Kılıçdaroğlu “Dəmirtaşın həbsinə səs verdiyimə peşman deyiləm” dedi - cavab sərt oldu…

20.06.2026 / 10:43
ABŞ kəşfiyyatından Trampa Netanyahu xəbərdarlığı – bu ehtimal çox yüksəkdir...

20.06.2026 / 10:19
ABŞ Prezidentindən şok İsrail açıqlaması - “…mən nə deyirəmsə onu edirlər”

20.06.2026 / 10:13
Reuters: “Sanksiyaların ləğvi ilə SEPAH-ın biznes imperiyası böyük qazanc əldə edəcək”

20.06.2026 / 10:10
Tramp: “İran razılaşmasa, onları xoşbəxt etməyəcək addımlar atacağıq”

20.06.2026 / 09:58
Tramp Xameneyinin yaralanmasına görə təəssüfləndiyini dedi...

20.06.2026 / 09:20
DYP həftəsonu ilə bağlı sürücülərə müraciət etdi

20.06.2026 / 08:02
Kılıçdaroğlu canlı yayımda təqdimatına etiraz etdi, studiyada gərginlik yaşandı

20.06.2026 / 07:47
“Başladığımız yerə döndük” - Barak Obama

20.06.2026 / 07:35
Ukrayna XİN rəhbəri Polşa Komandir Xaçından imtina etdi - Gərginlik artır…

20.06.2026 / 07:13
Kuba rəhbərini də Maduronun aqibəti gözləyir? - Heqset mümkün sayır…

20.06.2026 / 07:03
Polşa Prezidenti Zelenskini ən yüksək dövlət mükafatından məhrum etdi - Tuskun reaksiyası gündəmdə…

19.06.2026 / 23:12
İran ABŞ-ı açıq təhdid etdi - bu dəfə daha sərt şillə yeyəcəklər...

19.06.2026 / 22:50
Vətənə tuşlanan düşmən gülləsinə sinəsini sipər etdi – Elvin Şahmarlı

19.06.2026 / 22:37
İlham Əliyev 3 super dövlətin birgə keçmiş siyasətini cəsarətlə ifşa etdi...

19.06.2026 / 22:15
AB edamlara görə İranı tənqid etdi

19.06.2026 / 21:54
Bir gündə onlarla gəmi: Hörmüz boğazında canlanma müşahidə olunub

19.06.2026 / 21:30
Azərbaycanın üstündən daşınan yük 15-dən 30 milyon tona çatdırılacaq...

19.06.2026 / 21:06
Qarabağ münaqişəsinin bu qədər uzanmasının unikal səbəbi... dünya eşitdi...

19.06.2026 / 20:47
Azərbaycanın Ermənistanla siyasətinin 2 əsas prinsipi bəyan edildi - “unutmayacağıq” və “yenidən qisas almayacağıq”...

19.06.2026 / 20:32
Çingiz Əsgərov Avropa Məhkəməsinin anti-Azərbaycan qərarlarını tutarlı arqumentlərlə alt-üst etdi...

19.06.2026 / 20:15
Rüstəm Minnixanov Prezident İlham Əliyevə məktub ünvanlayıb

19.06.2026 / 20:10
Trampın "mənə yalvardı" iddiaları Melonini qəzəbləndirdi – XİN başçısı ABŞ səfərini ləğv etdi

19.06.2026 / 19:51
Azərbaycan-Ermənistan sərhədində zəlzələ...

19.06.2026 / 19:38
Xamenei ABŞ-la razılaşmanı bir ŞƏXSİN xahişindən sonra qəbul etdi...

19.06.2026 / 19:17
Rusiya ABŞ və Fransa kimi düşmənlərin Ermənistanda hərbi təliminə susdu...

19.06.2026 / 19:03
Ekoloji koalisiya Ermənistanda keçiriləcək COP17 sammitinin iştirakçılarına müraciət etdi

19.06.2026 / 18:49
İslam İnkişaf Bankı Qrupunun toplantıları çərçivəsində 32 saziş imzalandı..

19.06.2026 / 18:36
Hörmüzün açılması neftin qiymətinə və dolların nüfuzuna maraqlı təsir göstərdi...

19.06.2026 / 18:15
Abituriyentlərin 40 faizə yaxını imtahanlarında 200-dən az bal toplayıb...

19.06.2026 / 18:01
Kılıçdaroğlu Dəniz Baykala qarşı intim video komplosu ilə necə CHP başqanı oldu? – Vikiliks açır...

19.06.2026 / 17:46
Ceyhun Bayramov Almaniya səfiri Horlemannı qəbul edib

19.06.2026 / 17:36
Paşinyan 7 iyun seçkidən sonra Avrasiya İqtisadi Birliyinə münasibətini dəyişir...

19.06.2026 / 17:32
Ermənistan kömək üçün Avropanın qapısında rəsmi "əl açıb"...

19.06.2026 / 17:23
“XXI Əsrin Qadınları” İctimai Birliyi daha bir maarifləndirici tədbir keçirib

19.06.2026 / 17:23
Ermənistanda müxaliflərin kütləvi həbs mərhələsi başladı...

19.06.2026 / 17:16
Dünyada gübrə bahalaşır, amma ölkəmizin gübrə gəliri azalır... Niyə?

19.06.2026 / 17:11
Trampın “daha yaxşı” dediyi İran razılaşmasının Obama sazişindən ciddi fərqi yox imiş ki...

19.06.2026 / 17:03
Moskvada azərbaycanlı biznesmenlərin bazarını Ukrayna vurmadı -iddia...

19.06.2026 / 16:50
Bakıda saxlanılan Rusiya vətəndaşlarına hökm oxundu

19.06.2026 / 16:31
Süni intellektin yayılması Azərbaycan ombudsmanı qarşısında tələblər qoydu...

19.06.2026 / 16:05
Türkiyənin ən gözəl turizm kəndlərinın adı açıqlandı - FOTO

19.06.2026 / 15:47
Netanyahu yenə meydan oxudu - “İsrail qoşunları Livandan çıxmayacaq…”

19.06.2026 / 15:41
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi... - FOTO

19.06.2026 / 15:34
Lavrov NATO-Rusiya danışıqlarını aldadıcı taktika adlandırdı - “…diplomatik örtükdür”…

19.06.2026 / 15:07
Daha 80 nəfər Xankəndi və Ağdərəyə köçdü...

19.06.2026 / 14:59
NATO və ABŞ şübhəli şəkildə razılaşdılar - 3.0 konsepsiyası...

19.06.2026 / 14:48
Bəzi sahibkarlara elektrik qoşulması üçün dövlət dəstəyi veriləcək

19.06.2026 / 14:46
Məktəbəqədər təhsildə yeni model tətbiq ediləcək - Prezident fərman imzaladı...

19.06.2026 / 14:42
İsraildə Trampa qarşı təhqiramiz media kampaniyası başladıldı - "80 yaşlı uşaq"...

19.06.2026 / 14:41
“Vətənpərvərlər Maarifləndirmə” İB-yi 18 iyunda Milli Qəhraman Mübariz İbrahimovun anım gününə həsr olunmuş tədbir keçirib

19.06.2026 / 13:58
Benzin və dizeldən imtinaya çağıran sanballı dövlət başçılarından kim(lər) elektromobildə gəzir?..

19.06.2026 / 13:32
Azərbaycanda utilizasiyaya verilən avtomobillərin sayı 30 mini keçdi...

19.06.2026 / 13:18
14 bəndlik razılaşmanı kim üddü - Tramp, ya Xamenei?..

19.06.2026 / 13:11
Prezident "Diplomatik xidmət haqqında" qanuna dəyişiklikləri təsdiqlədi

19.06.2026 / 13:10
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edildi

19.06.2026 / 13:03
Media ilə bağlı qanun layihəsi ilk oxunuşda təsdiqləndi...

19.06.2026 / 12:49
Reuters: “SEPAH İraqda Körfəz ölkələrinə qarşı gizli qruplar yaradıb”

19.06.2026 / 12:46
CNN:ABŞ və İran memorandumu üçün gizli icra planları hazırlanır

19.06.2026 / 12:16
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim etdi - FOTO

19.06.2026 / 11:57
Sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olunur...

19.06.2026 / 11:46
"Məqsəd sadəcə istehsalın həcmini deyil, məhsuldarlığı və keyfiyyətini artırmaqdır" - Prezidentin köməkçisi

19.06.2026 / 11:30
ABŞ ordusu Sakit Okeanda daha bir narkoticarət gəmisini "ovladı"

19.06.2026 / 11:24
Özəl yeni partiya yaratmaq istəmədiyini dedi - amma qurultay tələbi keçməzsə...

19.06.2026 / 11:11
Şəmkirdə aqrar sahəyə dair regional müşavirə keçirilir

19.06.2026 / 08:52
Vens İsveçrəyə getməyəcək - səbəb Livanla bağlıdır?..

19.06.2026 / 08:45
Sənətçi etiraz etdi - “Xəbərim yoxdu…”

19.06.2026 / 08:30
Vensdən İsrailə xəbərdarlıq - “Tramp sizin yeganə müttəfiqinizdir…”

18.06.2026 / 23:28
Düşmənə sipər və üzü... Naxşıvan diyarına baxan dağlar....

18.06.2026 / 23:14
Vüsalın Vətən sevgisi həyatı üçün istinad yeridir...

18.06.2026 / 22:50
Prezidentin sosial şəbəkə səhifələrində İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimindən görüntülər paylaşılıb - VİDEO

18.06.2026 / 21:53
Ermənistanın revanşçı müxalifəti “Qarabağ iddialarını” yenidən rəsmən qaldırdı...

18.06.2026 / 21:19
Böyük 7-lər Trampın Ukrayna siyasətinin dəyişdiyini yekun bəyanata daxil etdilər...

18.06.2026 / 20:31
Erməni məhsulları Avropa bazarına “su kimi axacaq” - ildə 420 milyon...

18.06.2026 / 19:37
Netanyahu Trampı saymadı – Livandan geri çəkilməyəcəyik...

Prezidentin aqrar müşavirəsi liberal iqtisadiyyat yolunda yeni mərhələ açır...

XƏBƏR ARXİVİ