ABŞ vitse-prezidenti J.D.Vens İranla memorandum imzalama mərasimi üçün İsveçrəyə getməyəcək. Bu barədə INTERFAX.RU - Ağ Evə istinadən xəbər verir. Ağ Evdən bildirilib ki, qarşıdan gələn texniki danışıqlar üçün planlar hələ dəqiqləşdirilməyib və ABŞ nümayəndə heyəti ən qısa zamanda yola düşməyə hazırdır.
"Lakin bu danışıqların logistikası heç vaxt sadə və ya proqnozlaşdırıla bilən olmayıb", - deyə bəyanatda bildirilir.
Amerikanın "Axios" portalı və İsrail televiziyasının 12-ci kanalının müxbiri Barak Ravidin sözlərinə görə isə, vitse-prezident J.D.Vensin ABŞ və İran arasında anlaşma memorandumunun imzalanma mərasimində iştirak etmək üçün İsveçrəyə səfərini təxirə salması Tehranın Livanla bağlı mövqeyi ilə bağlı ola bilər.
SAMİRƏ