ABŞ ordusu Sakit Okeanın şərqində qaçaqmalçılıqla məşğul olduğu təsdiqlənmiş narkotik daşıyan daha bir gəmini vurub.
Bu barədə ABŞ Cənub Komandanlığının (SOUTHCOM) verdiyi açıqlamada bildirilir.
Xəbərdə deyilir ki, SOUTHCOM komandanı general Francis L. Donovanın rəhbərliyi altında Cənub Nizə Əməliyyatını həyata keçirən birgə əməliyyat qrupu "terror təşkilatı" kimi təyin edilmiş bir təşkilata məxsus gəmiyə daha bir zərbə endirib. Bəyanatda kəşfiyyatın hədəfə alınan gəminin Şərqi Sakit Okeanda məlum narkotik qaçaqmalçılığı yolunda fəaliyyət göstərdiyini təsdiqlədiyi vurğulanıb.
"Bu hücumda üç nəfər narko-terrorçu öldürülüb və əməliyyat zamanı heç bir ABŞ əsgəri xəsarət almayıb"-xəbərdə deyilir.
SAMİRƏ