ABŞ və İran arasında hər iki ölkə prezidentləri tərəfindən sazişin imzalanmasından sonra Tehran administrasiyası tərəfindən Vaşinqtona növbəti dəfə xəbərdarlıq edilib.
İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf sosial media hesabında bildirib ki, onlara verilən vəzifə müqavilənin şərtlərinə əməl olunmasını təmin etməkdir.
"Əgər qarşı tərəf öz sözünə əməl etməsə, razılaşmanı pozarsa və radikal tələblər irəli sürərsə, düşmənə qarşı böyük cavab verməkdən çəkinməyəcəyik" deyən Qalibaf, razılaşma pozulacağı təqdirdə buna cavablarının sərt olacağı barədə xəbərdarlıq edib.
"Onlar müharibədə bir dəfə şillə yedilər və əgər yenidən eyni yolu seçsələr, bu dəfə daha da sərt şillə yeyəcəklər" – deyə Qalibaf bildirib.
Tahir TAĞIYEV