Məhkəmə qərarından sonra partiyanın rəhbərliyinə qayıdan Kamal Kılıçdaroğlu administrasiyası CHP-ni qısa müddətdə qurultaya apara bilməsə, yeni partiyaya keçməyə hazırlaşan Özgür Özel və komandası ilk addımlarını parlament qrupu yaratmaqla atacaq.
Bu barədə Haber7-nin xəbərində deyilir.
Bu arada məlum olub ki, qəti şəkildə xaric edilmə tələbi ilə intizam komitəsinə göndərilən 9 millət vəkili də daxil olmaqla, təxminən 20-22 millət vəkili Özəlin yaradacağı yeni partiyaya keçərək parlament qrupu yaradacaq. Özəlin tərəfdaşları parlament fəaliyyətlərində iştirak etməklə və qrup iclasları keçirməklə yeni partiyanın ictimai məlumatlılığını artırmağı hədəflədiklərini bildirirlər. Eyni zamanda, Özələ yaxın digər millət vəkillərinin bələdiyyə başçıları və partiya təşkilatları ilə birlikdə CHP-də qalacaqları və partiya qurultayı uğrunda mübarizə aparacaqları bildirilir.
Beləliklə, Özəl fraksiyası CHP rəhbərliyinə qayıda bilməsə, tamamilə yeni partiyaya keçməyi planlaşdırır. Həmçinin bildirilir ki, ümumi seçkilər üçün parlament namizədlərinin siyahıları yeni partiya tərəfindən təqdim olunacaq.
Özgür Özəl yeni partiya ilə bağlı açıqlama verərək, əslində yeni partiya yaratmaq istəmədiklərini bildirərək deyib ki, lakin qurultay tələbi keçməzsə Ali Seçki Şurasının onların seçkilərdə iştirak etməməsinə icazə verməmək səlahiyyəti var.
“Bu riski götürə bilmərik”- o deyib.
Əli TURABOV