CHP-nin "tamamilə etibarsız" qərarından sonra partiya sədrliyi vəzifəsini yenidən öz üzərinə götürən Kamal Kılıçdaroğlu canlı yayım zamanı tituluna diqqət çəkib. Canlı yayım zamanı adının qarşısında "CHP sədri" titulunun olmadığını görən Kılıçdaroğlu buna etiraz edərək izahat tələb edib. Verilişin aparıcıları isə ona qərarın hələ qüvvəyə minmədiyini və məhkəmə prosesinin davam etdiyini xatırladıblar. Bundan sonra studiyada qısa müddətə gərginlik yaşanıb.
Bu dialoq tezliklə sosial mediada müzakirə mövzusuna çevrilib.
SAMİRƏ