ABŞ prezidenti Trampın çağırışlarına baxmayaraq, İsrailin Baş naziri Binyamin Netanyahu İsrail ordusunun Livanın cənubundakı ərazilərdən geri çəkilməyəcəyini bəyan edib.
Netanyahu İsrail ordusunun Livan ərazilərini işğal etməyə davam edəcəyini açıqlayıb.
Netanyahu, İsrail qoşunlarının Livandakı sözdə "təhlükəsizlik zonasından" ehtiyac olduğu müddətcə geri çəkilməyəcəyini deyib. İsrailin şimal sərhədlərinin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini qeyd edən Netanyahu, ordunun Livandakı mövqelərini qoruyub saxlayacağını bildirib.
İsrail mediası iddia edir ki, Təl-Əviv hökuməti Livanı işğal etməyə davam etmək üçün ABŞ-la intensiv danışıqlar aparır.
Netanyahunun bu açıqlaması Trampın Fransada keçirilən G7 Liderlər Zirvəsində çıxışımdan sonra verilib. Tramp Livan məsələsində Netanyahu ilə aralığında fikir ayrılığı olduğunu bildirmişdi. Bununla yanaşı Tramp dəfələrlə Netanyahunu Livanla müharibəyə son qoymağa çağırıb.
Tahir TAĞIYEV