İyunun 19-da Xankəndi şəhərinə və Ağdərə rayonuna növbəti köç olub.
Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu gün Xankəndi şəhərinə 68 nəfərdən ibarət 18 ailə, Ağdərə rayonunun Aşağı Oratağ kəndinə isə 2 ailə olmaqla 12 nəfər köçürülüb.
Sakinlərə mənzillərin açarlarını Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin direktor müavini Mahmud Əfəndiyev təqdim ediblər.
ZÜMRÜD