Eks-prezidenti Barak Obama ABŞ və İran arasında razılaşma imzalanmasına münasibət bildirib.
Tramp administrasiyasının İran siyasətini tənqid edən Obama deyib ki, bu, faktiki olaraq əvvəlki vəziyyətə qayıdış deməkdir. Onun sözlərinə görə, İranın nüvə silahı hazırlamamaq öhdəliyini götürdüyü bir razılaşma vardı, lakin Tramp administrasiyası bundan imtina etdi və daha pis vəziyyət yarandı: "Bu da İranın nüvə potensialının artmasına səbəb oldu. Nəticədə biz müharibədən keçdik, milyardlarla dollar xərclədik, ordumuzu böyük bir yük altına qoyduq, saysız-hesabsız itkilər verdik və sanki müharibədən əvvəlki vəziyyətimizə qayıtdıq, sadəcə bir az daha pis vəziyyətdəyik".
SAMİRƏ