ABŞ prezidenti Donald Tramp Kubada hökuməti dəyişdirmək üçün hərbi əməliyyatı ABŞ-ın yanvar ayında Venesuelada həyata keçirdiyi əməliyyata bənzər hesab edir. Həmin vaxt ABŞ prezident Nikolas Maduro və həyat yoldaşını qaçırmışdı. Donald Tramp bu barədə Axios-a müsahibəsində bildirib. Belə ki, o, jurnalistin "Kuba əməliyyatı"nın "Venesuela" əməliyyatına bənzəyə biləcəyi ilə bağlı sualına cavab olaraq "Bəli, mümkündür" deyib. "Başqa bir şey də var. Bu yerlər yaxındır. İrana baxsanız, çox uzun bir uçuşdur. Venesuela nisbətən yaxındır və Kuba bir daş atımlıq məsafədədir"- Tramp əlavə edib.
Maraqlıdır ki, Pentaqon katibi Pete Hegseth də bu yaxınlarda Kuba prezidenti Miguel Dias-Canelin qaçırılması ehtimalından bəhs edib. Daha öncə "The New York Times" qəzeti ABŞ-ın keçmiş Kuba lideri Raul Kastronun tutulması üçün mümkün planları barədə məlumat vermişdi. May ayında isə "Politico" mənbələrə istinadən ABŞ Cənub Komandanlığının Kubada potensial hərbi əməliyyatlara hazırlaşdığını bildirib.
SAMİRƏ