ABŞ vitse-prezidenti J.D.Vens İran sazişinin İsraildəki əleyhdarlarını sərt tənqid edərək, Prezident Donald Trampın İsrailin yeganə müttəfiqi olduğunu xatırladıb. Reuters-in xəbərinə görə, Amerikalı vitse-prezident İranla müharibəyə son qoymaq üçün əldə edilən razılaşmanı müdafiə etməklə yanaşı, ABŞ-ın müdafiə üçün ayırdığı milyardlarla dollara görə də ölkəni sərt şəkildə qınayıb. Lakin ABŞ və İsraildəki tənqidçilər razılaşmanın İranın raket proqramını məhdudlaşdırmadığına, İranın nüvə obyektlərinin sökülməsi üçün aydın bir yolun olmadığına və İsrailin Livandakı Hizbullah yaraqlılarına qarşı müharibədəki hərəkətlərini məhdudlaşdırdığına inanır.
SAMİRƏ