şənbə günü, 21 noyabr 2026
     

Türkiyənin ən gözəl turizm kəndlərinın adı açıqlandı - FOTO

Image


2026-cı ildə “slow travel” (sakit səyahət) anlayışı artıq sadəcə yeni bir turizm tendensiyası deyil, müasir səyahət mədəniyyətinin əsas istiqamətlərindən birinə çevrilib. Sürətli şəhər həyatı, gərgin iş qrafiki və daha mənalı təcrübələrə artan maraq turistləri təkcə daha çox yer görməyə deyil, səfərlərini daha şüurlu və məqsədyönlü şəkildə planlaşdırmağa sövq edir.

Avropa Səyahət Komissiyasının (ETC) 2026-cı il üzrə proqnoz hesabatına əsasən, sakit səyahətə maraq artmaqda davam edir. Belə ki, 2025-ci ildə bu səyahət fəlsəfəsinə üstünlük verənlərin payı 22 faiz təşkil etdiyi halda, 2026-cı ildə bu göstərici 26 faizə yüksəlib.

Məhz bu tendensiya fonunda Türkiyənin kəndləri sakit və autentik təcrübə axtaran səyahətçilər üçün ən cəlbedici istiqamətlərdən biri kimi ön plana çıxır. Anadolunun dağlıq və sahilyanı bölgələrində yerləşən bu yaşayış məntəqələri zəngin təbiəti, köklü ənənələri və yerli həyat tərzi ilə seçilir.

Əsrlər boyu formalaşmış mədəni irs, təbii və yerli məhsullara əsaslanan mətbəx ənənələri, sənətkarlıq nümunələri və özünəməxsus memarlıq bu kəndləri fərqləndirən əsas xüsusiyyətlərdəndir. Buraya gələn qonaqlar gündəlik həyatın sürətindən uzaqlaşaraq, daha sakit və mənalı bir səyahət təcrübəsi yaşamaq imkanı əldə edirlər.

Türkiyənin bəzi kəndləri BMT Turizminin “Ən Yaxşı Turizm Kəndləri” proqramı çərçivəsində beynəlxalq səviyyədə tanınıb. Bu status həmin yaşayış məntəqələrinin davamlı turizm prinsiplərinə sadiqliyini və yerli icmaların inkişafına verdiyi töhfəni təsdiqləyir.

BMT Turizmi tərəfindən 2025-ci ilin “Ən Yaxşı Turizm Kəndləri” siyahısına daxil edilən Barbaros kəndi İzmirin Urla rayonunda yerləşən, təxminən 700 illik tarixi ilə seçilən sakit yaşayış məntəqələrindən biridir. Ənənəvi Egey həyat tərzini qoruyub saxlayan kənd qonaqlara təbiət və yerli mədəniyyətlə iç-içə istirahət imkanı təqdim edir.

Barbarosa gələn turistlər bərpa olunaraq qorunan daş evlərdə qala, daş döşənmiş küçələrdə gəzə, həmçinin əl işləri mağazaları və emalatxanaları vasitəsilə yerli qadın sənətkarların fəaliyyətinə dəstək verə bilirlər.

Kəndin ən diqqətçəkən ənənələrindən biri “Çat Kapı” adlanan qonaqpərvərlik mədəniyyətidir. Evlərin qapılarında yerləşdirilən xüsusi işarə qonaqları ev şəraitində hazırlanmış Egey mətbəxi nümunələrini dadmağa dəvət edir. Yaxın ərazilərdə əldə olunan zeytun yağından, həyətyanı sahələrdə yetişdirilən tərəvəzlərdən və təzə ədviyyatlardan istifadə olunaraq hazırlanan yeməklər kəndin kulinariya mədəniyyətinin ayrılmaz hissəsidir. Ən məşhur təamlardan biri əl istehsalı kəsmik, cəfəri və soğanla hazırlanan isti və duzlu “katmer”dir.

Yaz aylarında kənd sakinləri “karabaşotu” kimi tanınan lavanda növünü yığaraq Barbarosun təbii gözəlliyinə və özünəməxsus atmosferinə əlavə rəng qatırlar.

Kənd həyatını yaxından tanımaq istəyənlər üçün sentyabr ayında keçirilən Oyuk Festivalı (ənənəvi qorxuluq fiqurları festivalı) xüsusi əhəmiyyət daşıyır. Əl işi ilə hazırlanan qorxuluqlar festival günlərində küçələrdə nümayiş etdirilir və daha sonra ilboyu sərgilənərək Barbarosu açıq səma altında fəaliyyət göstərən sənət qalereyasına çevirir.

Kənddən cəmi üç kilometr məsafədə yerləşən Urla Üzüm Bağları Marşrutu isə Türkiyədə MICHELIN Bələdçisinə daxil edilmiş restoranların ən sıx toplandığı bölgələrdən biri hesab olunur. Bu xüsusiyyət Barbarosu həm sakit kənd həyatı, həm də zəngin qastronomiya təcrübəsi axtaranlar üçün ideal istiqamətə çevirir. Gün ərzində kulinariya kəşfləri, axşam saatlarında isə kəndin sakit atmosferi qonaqlara unudulmaz təcrübə vəd edir.

Türkiyə Rivyerasının ürəyi hesab olunan Antalya BMT Turizmi tərəfindən “Ən Yaxşı Turizm Kəndləri” siyahısına daxil edilmiş iki fərqli yaşayış məntəqəsinə ev sahibliyi edir. Kaleüçağız və Ormana kəndləri sakit səyahət anlayışını müxtəlif aspektlərdən təqdim edərək ziyarətçilərə fərqli təcrübələr vəd edir.

“Qala kəndi” kimi də tanınan Kaleüçağız öz sakit atmosferi, zəngin tarixi və macəra imkanları ilə diqqət çəkir. Daş evlərlə əhatələnmiş dar küçələr qonaqları ailəvi restoranlara, sənət emalatxanalarına və kəndə adını verən orta əsrlərə aid qalaya aparır.

Firuzəyi rəngli dəniz suları qayıq turları, dəniz kayakları və dalğıc həvəskarları üçün əlverişli şərait yaradır. Kənd eyni zamanda dünyanın ən məşhur uzun məsafəli yürüş marşrutlarından biri hesab edilən Likya Yoluna çıxış nöqtələrindən biri kimi tanınır.

Kaleüçağıza yaxın ərazilərdə yerləşən qədim Mira şəhəri və Demredəki Müqəddəs Nikolay kilsəsi də bölgənin mədəni və mənəvi irsini zənginləşdirir. Dünyada Santa Klaus kimi tanınan Müqəddəs Nikolaya həsr olunan bu məkanlar turistlərin xüsusi maraq göstərdiyi ünvanlar sırasındadır.

Toros dağlarının İbradı rayonunda yerləşən Ormana kəndi isə Türkiyənin ən fərqli və gizli cənnətlərindən biri hesab olunur. Kənd xüsusilə nəsildən-nəslə ötürülən tikinti üsulları ilə, heç bir məhluldan istifadə edilmədən yerli daş və sidr ağacından inşa edilən unikal düyməli evləri ilə məşhurdur. Bu tarixi tikililərin bir qismi bu gün butik otel kimi fəaliyyət göstərir və qonaqlara canlı mədəni irsin bir hissəsi olmaq imkanı yaradır.

Ormana həm də zəngin qastronomiyası ilə seçilir. Əzgil göbələyi, yerli otlar, üzüm və bəkməz, sərbəst otlayan heyvanlardan əldə olunan keçi pendiri ilə birlikdə bölgənin “fermadan süfrəyə” konsepsiyasını əks etdirən unudulmaz dadlar təqdim edir. Kəndə məxsus ənənəvi Gılamık ipək toxuculuğu isə turistlər üçün xüsusi hədiyyə seçimlərindən sayılır.

Kəndin yaxınlığında yerləşən Altınbeşik mağarası Türkiyənin ən böyük yeraltı gölünə ev sahibliyi edir. Eynif düzənliyi vəhşi atları ilə məşhur olduğu halda, Tol Han karvansarayının qalıqları vaxtilə bu ərazilərdən keçən qədim İpək Yolunun izlərini yaşadır.

Ormana kəndi ənənəvi memarlıq nümunələrinin qorunması və davamlı kənd turizminin inkişafı sahəsindəki uğurlarına görə GoTürkiye platformasının ən yaxşı davamlı səyahət marşrutları siyahısında da xüsusi yer tutur. Kənd bu gün Türkiyədə ekoloji və məsuliyyətli turizmin ən uğurlu nümunələrindən biri kimi qiymətləndirilir.

Keçmişdə süryani dilində “Hah” adı ilə tanınan Anıtlı kəndi Türkiyənin ən fərqli sakit səyahət istiqamətlərindən biri hesab olunur. Mardinin Midyat rayonunda, zəngin tarixi və mədəni irsi ilə seçilən Tur Abdin bölgəsində yerləşən kənd əsrlər boyu yanaşı yaşayan süryani xristian və müsəlman icmalarının formalaşdırdığı özünəməxsus atmosferi ilə diqqət çəkir. Bal rəngli daş tikililər və qədim monastırlar Anıtlıya orta əsrləri xatırladan xüsusi bir aura bəxş edir.

Anıtlı kəndi UNESCO-nun Ümumdünya İrsinin İlkin Siyahısına daxil edilmiş “Midyat və ətrafındakı gec antik dövr və orta əsr kilsələri və monastırları (Tur Abdin)” kompleksinin bir hissəsidir. Bölgənin ən mühüm tarixi məkanlarından biri isə eramızın 397-ci ilində inşa edilmiş və bu günədək fəaliyyətini davam etdirən dünyanın ən qədim Süryani Pravoslav monastırı sayılan Mor Gabriel monastırıdır.

Kəndin özündə yerləşən Müqəddəs Məryəm kilsəsi isə qonaqlara fərqli və autentik yaşayış təcrübəsi təqdim edir. Burada hər 15 gündən bir keçirilən dini ayinlər və səhər ibadətləri ziyarətçilərə bölgənin əsrlərdən gələn ənənələrini yaxından müşahidə etmək imkanı yaradır.

Tur Abdin bölgəsi zəngin qastronomiyası ilə də seçilir. Ənənəvi üsullarla hazırlanan ev şərabı, əsrlərdir dəyişməyən reseptlə bişirilən noxudlu çörək, süryani börəyi, müxtəlif turşular və badamdan hazırlanan şirniyyatlar bölgənin ən məşhur təamları sırasındadır. Yerli ədviyyatlardan geniş istifadə, meyvə və ətin ahəngdar vəhdəti, həmçinin sənətkarlıq ənənələrinə əsaslanan mətbəx mədəniyyəti Mardinin qastronomiyasına olan marağı ildən-ilə artırır.

Bölgəyə gələnlər kənd həyatını yaxından hiss etmək imkanı da əldə edirlər. Qoyun sağımında iştirak etmək və ya məhsul yığımına qoşulmaq turistlərə yerli həyat tərzini daha yaxından tanımağa şərait yaradır.

Tur Abdin ilboyu müxtəlif mədəni tədbirlərə də ev sahibliyi edir. SineMardin Beynəlxalq Film Festivalı, Midyat Beynəlxalq Mədəniyyət və İncəsənət Festivalı, Harire Üzüm Festivalı və Mardin Biennalesi bölgənin zəngin və çoxqatlı mədəni mənzərəsini əks etdirən mühüm tədbirlər sırasındadır.

Anıtlı kəndinə gələn turistlərin əksəriyyəti kənddən təxminən 20 kilometr məsafədə yerləşən Midyatdakı tarixi daş evlərdə qalmağa üstünlük verir. Bir çox məşhur türk seriallarının çəkildiyi bu evlər bölgənin simvollarından hesab olunur. Bununla belə, ən fərqli və yaddaqalan təcrübə məhz kənddəki kilsə kompleksində gecələməklə yaşanır və qonaqlara orta əsrlərin ab-havasını daha yaxından hiss etmək imkanı verir.

Ormana Active - This is Antalya For Visitors Find Out What To Do

Echoes of Tur Abdin - 4-Day Eastern Turkey Tour - The Other Tour

ALTINBEŞİK MAĞARASI | Kültür Portalımir

SAMİRƏ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 12:58
Bakıda narkotik həblər satanlar saxlanıldı, aralarında bir vəkil də var - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ