Sənətçi Rəhmi Saltuk adının Kamal Kılıçdaroğlunu dəstəkləyən sənətçilər siyahısına daxil edilməsinə etiraz edib.
Berhan Şimşeyə yalnız mahnılarından və səsindən istifadə etməyə icazə verdiyini və heç bir bəyannamə imzalamadığını iddia edən Saltuk adını dərc olunmuş siyahıda gördükdə təəccübləndiyini, siyahıdan çıxarılmasını tələb etdiyini bildirib. Radio Sputnik-də jurnalist Mustafa Xoşun verilişinə qonaq olan Saltuk, prosesdən xəbərsiz olduğunu və adını dərc olunmuş siyahıda ilk dəfə gördüyünü deyib.
Əli TURABOV