ABŞ prezidenti Donald Tramp "Axios" nəşrinə müsahibəsində SEPAH-ın Qüds qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin öldürülməsi əməliyyatı ilə bağlı danışıb. Tramp deyib ki, Süleymani ABŞ-ın bölgədəki beş hərbi bazasına hücum planlaşdırırdı. "Süleymaninin nə edəcəyini bilirdiniz? O, beş hərbi bazamızı partlatmaq istəyirdi. Mən onu həmin hücumdan bir həftə əvvəl zərərsizləşdirdim", – deyə ABŞ prezidenti bildirib.
İRADƏ