ABŞ kəşfiyyat agentlikləri Vaşinqton administrasiyasını İsrailin Baş naziri Binyamin Netanyahunun İranla davamlı sülhə nail olmaq səylərinə xələl gətirəcək addımlar atma ehtimalının yüksək olduğu barədə xəbərdar ediblər.
"Washington Post" qəzetinin adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, xəbərdarlıq Netanyahu və Tramp administrasiyaları arasında gərginliyin artdığı bir vaxta təsadüf edir.
Bu kontekstdə, kəşfiyyat orqanları İsrailin Livana hücumlarını davam etdirmək niyyətində olduğu və bunun ABŞ-İran paktının əsas elementlərindən birini pozacağını bildirir. ABŞ və İran arasında əldə edilən razılaşmanın şərtlərinin İsraildə məyusluq yaratdığı qeyd edilən hesabatda iddia edilir ki, İsraildə payızda keçirilməsi planlaşdırılan ümumi seçkilər qarşısında Netanyahunun siyasi gələcəyinin, daxili auditoriyaya Livandan qoşunları çıxarmayacağını və Hizbullahla münaqişəni qızışdırmaq əzmində olduğunu nümayiş etdirməsindən asılıdır.
İsrailin Hizbullaha qarşı özünümüdafiə qabiliyyətini məhdudlaşdıra biləcəyinə dair Təl-Əvivdə bir təsəvvürün olduğu iddia edilən hesabatda qeyd olunub ki, əgər İsrail Livandan çəkilsə və ya hər hansı münaqişəyə son qoysa, bu, Netanyahunun İsraildəki məğlubiyyəti kimi qiymətləndiriləcək. İsrailin Livana hücumlarını dayandırsa belə, qoşunlarını cənubi Livandan çıxarmaqdan imtina etməsi ehtimalıcABŞ-İran razılaşmasını uğursuzluğa düçar edə bilər.
Tahir TAĞIYEV