İsrailin Baş naziri Benyamin Netanyahu İsrail qoşunlarının cənubi Livandan çıxmaq niyyətində olmadığını vurğulayıb.
Bu səhər İsrailin müdafiə naziri İsrael Katz və Baş qərargah rəisi Eyal Zamir ilə Livana gecə hücumlarından sonrakı mövcud vəziyyəti qiymətləndirmək üçün görüş keçirdiyini deyən Netanyahu "Mənim təlimatlarım çox aydındır: İsrail əsgərlərimizə və ya ərazimizə edilən hücumlara dözməyəcək və biz Hizbullahı bu hücumlara görə çox ağır bədəl ödəməyə məcbur edəcəyik” deyib.
Baş nazir əlavə edib ki, İsrail ölkənin şimal yaşayış məntəqələrini qorumaq üçün lazım olduğu qədər cənubi Livandakı təhlükəsizlik zonasında qalacaq.
SAMİRƏ