Dünən ABŞ prezidenti Donald Tramp İranla bağlı növbəti açıqlamasında Tehranı razılaşmaya əməl etməyə çağırıb və əks halda Vaşinqtonun əlavə addımlar ata biləcəyini bildirib. Tramp qeyd edib ki, mümkün hərbi eskalasiya Hörmüz boğazından neft nəqlinə mənfi təsir göstərə bilər. "Onlar razılaşma bağlamalıdırlar. Əks halda, onları xoşbəxt etməyəcək şeylər edəcəyik. Düşünmürəm ki, məsələ o həddə çatacaq. Amma əgər belə olsa, birdən-birə boğazdan neft daşınmayacaq", – deyə ABŞ prezidenti bildirib. O, əlavə edib ki, böyük sərmayələrə malik gəmi sahibləri və şirkətlər üzərindən raketlərin uçduğu bir mühitdə fəaliyyət göstərmək istəmirlər.
İRADƏ