Bazar günü günü, 11 oktyabr 2026
     

ŞƏHİD KAPİTAN İMRAN QURBANOV.....Kamalə Abıyeva yazır....

Image


Müharibədən yazanda heyrətə gəlirəm. Qarışıq hisslər yaşayıram: dərd, sevinc, çarəsizlik, qürur... Bir də qorxu... Mühabribənin dəhşətləri qorxudur. "Onlar necə olub" hissi qorxudur. Necə olub onlar? İlk hücuma keçən tank batalyonundakı igidlər necə olub? Bu mexanikləşdirilmiş batalyonun komandiri talış balası kapitan Şahnur Hüseynov döyüşə getməyə bilərdi. Onun haqqında müharibə ilində yazmışdım. Rəhbərlik etdiyi 3 bölüklə Ohanyan səddini yaran qəhrəmanımızdan yazanda bölüklərdən birinin komandirinin İmran Qurbanov olduğunu bilmirdim amma. İlk azad etdikləri Füzulinin Qaraxanbəyli kəndinin qələbə müjdəsini verənlər onlar olub: batalyon komandiri Şahnur Şahin oğlu Hüseynov və müavinləri kapitan İmran İlqar oğlu Qurbanov, Səddam Fəzail oğlu Musayev. 

Döyüş zamanı 3 dəfə yaralanan, ikisində döyüşdən çıxmayan, 3-cü dəfə ağır yaralanmadan sonra gözlərini hərbi hospitalda açan Səddama "möcüzədi sağ qalmanız" deyirəm. Onunla danışmağım da möcüzədi: Elədi, sağ qalmağım möcüzədi. Ən böyük möcüzə səddi yarmağımız oldu. İlk döyüş həlledici idi. Düşmənə kürək çevirə bilməzdik. İlk qələbə xəbərini biz verdik. İlk döyüş önəmliydi. Düşmən güclü müqavimət göstərsə də, döyüş tapşırığını yerinə yetirdik. Amma nə komandir, nə də İmran dayanmadı. İrəli getdilər. İlk gündə bir-neçə kənd azad olundu. İmran çox səriştəli, çox savadlı, qorxmaz zabit idi. Füzulinin , Cəbrayılın ilk azad olunan kəndləri onların igidliyidir.

Ölümün üstünə gedib qələbə çalmaq varmış. Kapitan Şahnur Hüseynovun rəhbərliyi ilə hücuma keçən 181 hərbi hissənin 2- ci mexanikləşdirilmiş batalyonu Ohanyan səddini yarır. Böyük Qələbəyə yol açır. Əslində onlar öndə getməyə bilərdilər, məsafədən döyüşü idarə etmək idi onların vəzifəsi. Hər bölüyün komandiri vardı: Zaur Zeynalov, Güloğlan Qədimov, Orxan Xankişiyev. "Hərbinin öz qanunları var" düşünsək də, elə hərbiçi olmaq da ürək istər. Savaşın önündə getmək kimi ürək istər. Onlar getdilər.     

İmran Qurbanov 23 may 1989-cu ildə Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində dünyaya gəlmişdi. 1996-2003-cü illərdə Ramanadakı Fikrət Tağıyev adına 72 nömrəli  riyaziyyat təmayüllü liseydə təhsil alıb. Hamı kimi məktəbli ömrü yaşayıb İmran. Hər birimizin  tərcümeyi – halı eyni səpgidə başlayır. Böyüdükcə bu tərcümeyi-halı özümüz yazırıq. Fərqli olur yazdıqlarımız-yaşadıqlarımız. Hamı kimi təhsilə başlasa da həyatını fərqli görür. İncəsənətə marağı olsa da, musiqi məktəbinə getsə də, gözəl tar çalsa da hərbiçi olmağa qərar verir. 2003-cü ildə C. Naxçıvanski adına hərbi liseyə sənəd verir və imtahanlarda ən yüksək bal toplayanlardan biri olur iki bacının yeganə qardaşı.

Anası Sədaqət xanım Qurbanova BDU-nin məzunudu. 28 il kimya-biologiya müəllimi işləyib: Hərbini sevirdi. Naxçıvanskiyə daxil olanda necə sevinirdi! Həmişə "mən Qarabağı azad edəcəyəm"- deyərdi. 

Sonra Heydər Əliyev adına Ali Hərbi Akademiyanın tələbəsi olur. Bununla da kifayətlənmir İmran Qurbanov. Sevib seçdiyi peşənin əsil peşəkarı olmaq istəyən  İmran İlqar oğlu 2010-cu ildə Azərbaycan Silahlı  Qüvvələrinin Təlim Tədris mərkəzində də təhsil alır. Burda "Zabit ixtisas kursu"nu leytenant rütbəsi ilə başa vurur. 2011-ci ildə leytenant İmran Qurbanov Füzuli rayonunda taqım komandiri kimi xidmətə başlayır. 9 il burada öz vəzifə borcunu yerinə yetirir.  Bu illərdə "Tank taqımının komandiri, Tank bölüyünün komandiri, "Mexanikləşdirilmiş tabor (BMP-2) komandirinin müavini vəzifələrində olur.Tərcümeyi halına məsuliyyətli, savadlı, peşəkar zabit kimi ən gözəl sözlər yazılır qəhrəmanımın. İmran Qurbanov 24 iyun 2014-cü ildə Silahlı qüvvələrin baş qərargah rəisinin əmri ilə Baş leytenant, 2019-cu ildə kapitan rütbəsinə yüksəlir.

2016-cı ildə aprel döyüşlərində də öz igidliyi, hərbiçi məharəti ilə seçilir İmran.

Daim fərqlənən İmran Beyləqana tabor komandirinin müavini kimi göndərilir.

Xidmət müddətində "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi", "Azərbaycan Ordusunun 100 illiyi" ,"Qüsursuz xidmətə görə" 3-cü dərəcəli  medalları ilə təltif olunur. 

2020-ci ilin sentyabrında İkinci Qarabağ savaşı... 

27 sentyabrda tabor komandirinin müavini olan İmran Qurbanov Şahnur Hüseynovun rəhbərlik etdiyi ilk hücuma keçən taborda idi. Öz qrupu ilə birlikdə döyüşə başlayır. Füzuli kəndinin Qaraxanbəyli uğrunda döyüş tapşırığını yerinə yetirir. 5-6 postu ələ keçirir. Düşmənin xeyli canlı qüvvəsini məhv edirlər. Qrupdan bir-neçə yaralı qalır. Bütün qrup üzvləri, Şahnur və İmran da şəhid olur. Şahnur Hüseynov öz doğma elində Astaranın Ərçivan qəsəbəsində dəfn olunur.İmransa tapılmır.

-İlk günlərdə hücuma keçmək, döyüşmək daha çətin olub deyir Caamal Maqsud oğlu Quliyev. 

1996-cı ildə həqiqi hərbi xidmətdən sonra 1997-ci ildə "Gizirlər kursu"nu bitirib. 21 il Milli Orduda vətənə xidmət edib. 706 nömrəli hərbi hissənin əlahiddə tank bölüyünün baş texniki baş gizir 2016-cı il döyüşlərində yaralanan vətən qazisi Camal Quliyevin söylədikləri: Ömrümüz boyu çox adamlar tanıyırıq, ünsiyyətdə oluruq, bir yerdə işləyirik... Amma İmran kimi adamlar az olur. Çox aylarımız, illərimiz birlikdə keçib. Onu kursant olduğu vaxtdan tanıyırdım. Sonra Füzulidə xidmət zamanı da birlikdə olduq. 706 nömrəli hissədə birlikdə xidmət keçmişik. Bir yerdə olurduq həmişə. Peşəkarlığı, təmkini, cəsurluğu həsəd doğururdu. Bölük komandiri idi. Amma özü elə bir bölüyü əvəz edə bilərdi.

Mən Azərbaycanı hədsiz sevirəm. Vətənimə çox bağlıyam. Amma hərbiçi olmağa qərar verənlər məndə fərqli duyğular yaradır. Mənə elə gəlir ki, onlar vətəni daha çox sevənlərdi.

Savaşdan sonra "İgidliyə görə", "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda" medalları ilə təltif olunan, dövlətinə, bayrağına sədaqətlə xidmət edən kapitan İmran Qurbanov "Azərbaycan Bayrağı " ordeninə layiq görülüb.

Füzulinin azad olunması uğrunda döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olan İmranın nəşi qələbədən sonra da tapılmır. Komandiri Şahnur atası Şahin Hüseynovun yuxusuna gəlir. Şahin Hüseynov özü də hərbiçidi. Sovet Ordusunda xidmət edən Şahin Hüseynov Birinci Qarabağ savaşı zamanı Belqraddan vətənə dönür. Füzulidə hərbi xidmətinə davam edir: İmran Qurbanovla 2012-2015-ci illərdə eyni hərbi hissədə xidmət etmişəm. 047 nömrəli hərbi hissədə tağım və bölük komandiri olub. Gənc olmasına baxmayaraq seçilən zabitlərdən idi. İnsan kimi də səmimiliyi, dürüstlüyü, saflığı ilə fərqlənirdi. Övladım kimi əziz idi. Nə çətinliyi olsa, mənimlə bölüşərdi. Sonra 706 nömrəli hərbi hissəyə göndərildi, amma zəngləşirdik.  2020-ci ildə oğlum Şahnurla  181-də xidmət edib. Bir gün zəng etdi ki, məni Şahnura müavin təyin ediblər. Çox sevinirdik. Bir-birinə tapşırmışdım onları. Şahnur şəhid olanda İmranın şəhid olduğundan xəbərsiz idim. Bir müddət sonra Şahnur yuxuma gəldi,"İmranı niyə götürmürsüz, o, Xocavənd tərəfdədi" – dedi. O günlərdə Səddam da bizə gəlmişdi. Şahnur onun da yuxusuna gəlirmiş. "Yuxuda məni boğur, İmranın yerini göstərir, niyə tapmadığımızı soruşur-dedi Səddam. Demə, İmran tapılmırdı. Onun ölüm xəbəri də məni çox sarsıtdı. Elə bil Şahnuru ikinci dəfə itirdim."  

İnanılmaz kimidir, amma həqiqətdir. Ağıl lazımdı qavrasın. Ürək lazımdı dözsün. Nə böyük ürəkləri varmış bu igidlərin...  Dekabrın 11-də Şahnurun narahat ruhu rahatlıq tapır-tapılır İmran. İndi o, İkinci Fəxri Xiyabanda döyüş dostlarının yanındadır.

Düşünürsən: bu boyda ürək sahibləri ilə bir torpaqda yaşamışıq, eyni havanı udmuşuq, amma onlardan xəbərsiz olmuşuq. Bir də düşünürsən ki, belə oğulları olan xalqın övladı olmaq nə böyük xoşbəxtlikdi.

KAMALƏ ABİYEVA




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ