Bazar ertəsi günü, 12 oktyabr 2026
     

"Ukrayna Ali Radasının AŞPA-ya və Milli Məclisə müraciəti öz rolunu oynamalıdır"

Image


Avropa Şurası Parlament Assambleyasında (AŞPA) yaranmış vəziyyət, hesab edirik ki, təəssüf doğuran anlaşılmazlıqdır. Bu fikri AŞPA-nın qış sessiyasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiq edilməməsi ilə bağlı qərara münasibət bildirən Ukraynanın hakim "Xalqın xidmətçisi" fraksiyasının Ali Radadakı rəhbəri David Araxamiya AZƏRTAC-a müsahibəsində deyib. "Yaranmış vəziyyətə görə təbii ki, çox üzüldük. Biz bir-birimizin - həm Azərbaycanın, həm doğulduğum vətənim Gürcüstanın, həm də təəssüf ki, hazırda belə qanlı müharibənin getdiyi Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü dəstəkləyirik. Bu isə hər bir dövlətin öz suverenliyini müdafiə etmək, beynəlxalq səviyyədə tanınmış sərhədlərini qorumaq hüququdur. AŞPA-da baş vermiş vəziyyət, hesab edirik ki, təəssüf doğuran anlaşılmazlıqdır. Hisslərə qapılmaq lazım deyil. Bizim parlamentin Xarici əlaqələr komitəsi həm Azərbaycan tərəfinə, həm də AŞPA-ya müraciət edib. Bir xahişimiz var, - biz bu prosesin subyekti deyilik və iştirakçı kimi ortada olmaq istəmirik, - istəyirik ki, hər iki tərəf danışıqlar masası arxasında əyləşsin, ümumi razılıq əldə edilsin və hər şey olduğu kimi geri qaytarılsın. Çünki Azərbaycan və Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti uzun onilliklər ərzində çox səmərəli işləyir, bütün dəyərləri - multikulturalizmi, demokratik dəyərləri bölüşürlər. Ona görə də bizə elə gəlir ki, bu anlaşılmazlıq daha çox hər iki tərəfin emosiyalarından qaynaqlanır. Buna görə bir neçə onillik ərzində davam etmiş təmsilçiliyi dayandırmaq üçün heç bir səbəb yoxdur. Ona görə də indi hər hansı detala varmıram. Mənə elə gəlir ki, bizim parlamentdən olan deputatlarımızın hamısının həm sizin parlamentə, həm də AŞPA rəhbərliyinə etdiyi müraciət öz rolunu oynamalıdır, çünki biz bugünkü vəziyyətimizdə birliyin nə olduğunu başa düşürük. Bu gün birlik böyük dəyərdir. Belə halların baş verdiyini görəndə birliyin çox vacib olduğunu anlayırıq. Ona görə də biz istəyirik ki, müharibə şəraitində yaşayan ölkə olaraq hər iki tərəfə müraciət edək və tərəflər danışıqlar masası arxasında əyləşib həll yolunu tapsınlar", - deyə David Araxamiya bildirib. 

Azərbaycan bütün aspektlərdən beynəlxalq səviyyədə tanınmağa layiq ölkədir

 AŞPA-nın üzvü olmadığını xatırladan D.Araxamiya bu qurumun mövqeyinin dəyərlərə necə zərbə vuracağını qiymətləndirə bilmədiyini qeyd edərək deyib: "Azərbaycana dəfələrlə səfər etmişəm və bu ölkə ilə bağlı təcrübəmi bölüşə bilərəm. Azərbaycan multikultural ölkədir, burada müxtəlif dinlərə, millətlərə tolerant yanaşılır, dözümlülük var. Mən Azərbaycanda küçələri gəzmişəm, sadə azərbaycanlılarla söhbət etmişəm. Çox rahat şəkildə piyada gəzmişəm. İnsanlar bu ölkədə özlərini çox təhlükəsiz hiss edirlər, kriminogen durum çox aşağı səviyyədədir. Ona görə də hesab edirəm ki, Azərbaycan bütün aspektlərdən beynəlxalq səviyyədə tanınmağa layiq ölkədir. Ümid edirəm ki, bizim indi başladığımız təşəbbüs həm ölkənizə, həm də AŞPA rəhbərliyinə bütün tərəflər üçün müsbət nəticəyə gətirib çıxarmağa, ümumi təmas və dialoq nöqtələrini tapmağa kömək edəcək". 

İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edirəm

Azərbaycanda növbədənkənar prezident seçkilərinin nəticələrinə dair sualı cavablandıran fraksiya rəhbəri İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib. "Mən cənab Əliyevi şəxsən tanıyıram. Mən də prezidentimizin təbrikinə Ukrayna xalqı adından qoşuluram, Azərbaycan xalqı bizim üçün qardaş xalqdır. Ukraynada çoxlu azərbaycanlı yaşayır, ona görə də mən Prezidentinizə, ölkənizə səmimi-qəlbdən cansağlığı, firavanlıq arzulayıram. Əlbəttə ki, bütün azərbaycanlılar xoşbəxtdirlər. Sizin böyük tarixi Qələbəniz var. Siz ərazi bütövlüyünüzün bərpası ilə bağlı ilk nəticələri əldə edəndə mən elə orada idim, mindiyim taksinin sürücüsü ilə söhbət edəndə o dedi ki, bu hadisə əsrlər boyu yaddan çıxmayacaq. Bütün təbriklərə qoşuluram", - deyə David Araxamiya bildirib. 

Azərbaycan müharibə zamanı Ukraynaya ən operativ yardım göndərən ölkədir

Azərbaycanın Ukraynaya müharibə dövründə humanitar yardımlarını yüksək qiymətləndirən həmsöhbətim bildirib ki, müharibə zamanı Azərbaycan Ukraynanın dost dövlətləri arasında ən tez reaksiya verənlərdən biri oldu. Bizdə terror aktı ilə bağlı vəziyyət yarananda, Avropanın ən böyük su elektrik stansiyası partladıldı, sözün əsl mənasında, bütün şəhərlər su altında qaldı. Mən o zaman sizin ölkə rəhbərliyinə zəng etdim və 24 saat ərzində ilk təyyarə yükləndi və ünvana çatdı. Daha sonra bir neçə təyyarə göndərildi. Həmin vaxt bu, bizim üçün çox vacib idi. Təbii ki, daha böyük həcmdə yardımlar edən ölkələr var, amma burada önəmli olan Azərbaycanın həmişə göstərdiyi operativlik, səmimiyyət və mehribanlıqdır. Ona görə də biz vaxtında göstərdiyi köməyə və bizə dost münasibətinə görə Azərbaycana minnətdarıq və həmişə minnətdar olacağıq", - deyə fraksiya rəhbəri qeyd edib. 

Müharibə ilə bağlı vəziyyətimiz təəssüf ki, sadə deyil

 David Araxamiya Ukrayna-Rusiya müharibəsinin gələcək vəziyyəti ilə bağlı danışarkən bildirib ki, müharibənin gedişi bu gün müsbət, sabah mənfi ola, onun dinamikası dəyişə bilər: "Təəssüf ki, indi vəziyyətimiz sadə deyil, çünki beynəlxalq yardımlarla bağlı məsələlər var, bu, ABŞ-da daxili siyasət mövzusuna çevrilib. Amma buna baxmayaraq, bizim çox müsbət proqnozlarımız var. Biz inanırıq və rəqəmlərdən də görürük ki, Ukrayna və Rusiyanın itkiləri təxminən 1-in 3-ə və ya 1-in 4-ə nisbətində Ukraynanın xeyrinədir və biz indi daha çox müdafiə əməliyyatındayıq. Həmişə olduğu kimi, ordu və müharibə qanunları deyir ki, özünü müdafiə edənlər daha az itki verir və düşmənə daha çox zərbə vurur. Bu gün müharibə strategiyası dəyişir. Bütün dünya, bütün analitiklər döyüş meydanında baş verənləri təhlil edirlər. Çünki hamı artıq başa düşür ki, ənənəvi məhvetmə üsulları - artilleriya, zirehli texnika, praktiki olaraq lazım deyil, çünki pilotsuz uçuş aparatları onları məhv edir, dronların müharibəsi gedir. Yəni, NATO-nun analitik qeydlərində gələcəkdə müharibələrin necə olacağı ilə bağlı oxuduqlarımı, təəssüf ki, bu gün artıq qismən ölkəmdə döyüş meydanında görürük. Əlbəttə, hamımız sülh istəyirik, amma təbii ki, sülhü başqa şərtlərlə deyil, bizim üçün əlverişli şərtlərlə istəyirik. Başa düşürük ki, biz heç kimə hücum etməmişik. Bizə qarşı təcavüz edilib. Buna görə də bu gün bütün dünya bu prizmadan baxır, təbliğat hər şeyi nə qədər dəyişməyə çalışsa da, hamı nə baş verdiyini anlayır. Biz sakit yaşayırdıq və gözəl bir gündə bizə hücum etdilər. Amma biz özümüzü müdafiə edəcəyik. Dövlət, hakimiyyət, Ukrayna xalqı özünü müdafiə etməyə hazırdır. Tərəfdaşlarımız, müttəfiqlərimiz, dostlarımız hər zaman bizə kömək etməyə hazırdırlar", - deyə David Araxamiya bildirib.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ