Bazar ertəsi günü, 12 oktyabr 2026
     

KAMRAN HACIYEV dastanı

Image


"O bir başqaydı" dedi tanıyanlar.

Ona "bizim Mübariz","Mixaylo" deyirdilər.

"O, əsil milli qəhrəman idi"-dedi bütün döyüş yoldaşları komandiri Səyavuş İmranov kimi.

Ərgünəş uğrunda ağır döyüşlər gedirdi. Düşmən minamyotları susmurdu. Pulemyotu təkbaşına ən uca nöqtəyə qaldırdı.Əks-hücuma qarşı döyüşdü, qələbəyə yol açdı. Dəqiq, sərrast zərbələri, məğrur duruşunda qələbəyə inam vardı həmişəki kimi. Bu döyüşdə yeddi şəhid versələr də, Ərgünəş azad olundu. Onu snayperlə vurdular... 

- İki oğlum var. İkisi də Tovuz hadisələrindən sonra könüllü yazılmışdılar. İkisinə də "halal olsun" demişdim.Qardaşını çağırmadılar. Kamrana qismət oldu vətən uğrunda döyüşmək. Arada danışırdıq. "Özünüzə yaxşı baxın, mən yaxşıyam. Sən rahat ol. Həmişə oğlunla fəxr edəcək,"Mən kişi böyütmüsəm" deyəcəksən"- sözü bu idi. Bir də demişdi ki, mənə təzə geyim dəsti alarsan, Gələndə geyinəcəm. Dedim"narahat olma, ən gözəl kostyumu alacam sənə".Ən gözəl geyimi özü seçdi. Bayrağa bürünüb gəldi. Oktyabrın 21-də danışdıq son dəfə. Mənim oğlum üzbəüz, təkbətək döyüşdə erməniyə can verməzdi, snayperlə vurublar namərdlər-bunları deyə bildi ata.

Oktyabrın 22-də isə bütün Şüvəlan camaatı yollarda idi. "Şəhidlər ölməz, vətən bölünməz" sədaları Xəzərin səsinə qarışmışdı. Hamının əlində vətən bayrağı vardı; Onu qarşılayırdılar..: O da bayraqla gəlirdi-Kamran Füzuli oğlu Hacıyev. 

1994-cı il yanvarın 16-da Bakının Şüvəlan qəsəbəsində anadan olmuşdu 2020-ci il oktyabrın 22-də qəhrəman kimi  kəndinə qayıdan Kamran.

2000-ci ildə məktəbə gedib. Şüvəlandakı İlqar Muradov adına 237 №li tam orta məktəbdə təhsil alıb. 2009-cu ildə 9 illik təhsil aldıqdan sonra maşın ustası olur. Amma bir peşəylə kifayətlənmir, daşı daş üstə qoyub ev tikir, suvaq edir, bütün təmir işlərini  öyrənir Kamran.Tanıyanların dediyi kimi" bacarmadığı iş yox idi". Onu hamı sevirdi:dost-tanış, müəllimlər, qohum-əqraba.Sevgiylə böyüdü Kamran. Amma vətən acısı, işğalda olan torpaqların ağrısı, Xocalı yanğısı da böyüdü onunla birgə.

2012-2013-cü illərdə Tovuzun Ağdam kəndində həqiqi hərbi xidmətdən çavuş kimi qayıdanda hərbiçi olmaq istədiyini söyləmişdi valideynlərinə.

Cəbrayıl, Xocavənd, Füzuli, Hadrud uğrunda döyüşlərin iştirakçısı idi qəhrəmanım.

"Çox diqqətli, məsuliyyətli, vətənsevdalıydı oğlum. Əlindən hər iş gəlirdi, amma döyüş yoldaşları danışdıqca düşünürdüm ki, oğlumu tanımamışam. Necə qorxmaz imiş. Övlad itgisindən dözülməz heç nə yoxdu. Çox ağır, ağrılı olsa da,  belə oğulun anası olmaq qürurvericidi."- deyirSevinc xanım.Göz yaşı da danışır. Oğlunun igidliyindən söhbət açanlara qulaq asdıqca "mən başqa cür oğul böyüdə bilməzdim" deyir ananın göz yaşları.

2016-cı ildə Tapqaraqoyunlu istiqamətindəki əməliyyatların iştirakçısı olub. İgidliyinə görə növbəti rütbəylə təltif olunub Sonra ehtiyatda olub. Qarabağ müharibəsinin qazisi olan kapitan Rauf Əliyev müharibə başlayanda tabor komandirinin təlim-tərbiyə işləri üzrə müavini kimi döyüşlərə qatılıb:Kamrandan nə qədər danışsam azdı. Uşaqlar hərəsi bir igiddi mənim üçün, amma o bir başqaydı. Bizim təminatçımız idi elə bil. İnsanlığı,mərdliyi ilə hamımızın sevimlisi idi.Elə olub bir-neçə gün mühasirədə qalmışıq.  Ərzaq bir yana, susuz əziyyət çəkmişik. Bir də görürdük Kamran su bitonları ilə gəlir. Ermənilər olan əraziyə gedirdi, ərzaq gətirirdi. Kamran vardısa, kimsə ac-susuz qalmazdı. Sehrbaz kimiydi. İnsan nə qədər qorxmaz, cəld, bacarıqlı olar.Ən çətin tapşırıqları ona verirdik. Əsil hərbiçi idi. Minamyotun səsindən harda olduğunu müəyyən edirdi. Taborun ürəyi idi. Bir dəfə birlikdə su gətirməyə getmişdik. Orda bayrağımız  dalğalanırdı. Getdi dayandı bayrağın yanında dedi: Bu bayrağa bax, bu bayraq üçün şəhid olmağa dəyər...

Səyavuş Saleh oğlu İmranov 1972-ci ildə Samux rayonu Qarayeri qəsəbəsində anadan olub. 1989-1994-cü illərdə Azərbaycan Texniki universitetində həm də hərbi təhsil alıb. Baş leytenantdı. 1996-2000- ci illərdə hərbi xidmətdə  Ağdam bölgəsində tağım komandiri olub. Sonra ehtiyata buraxılıb. 30 il neft sənayesində çalışan Səyavuş İmranov fəxri neftçidir. 2-ci Qarabağ savaşının qazisidir. Baş leytenantla danışdım, döyüş xatirələrini bölüşdüyü kadrlara baxdım: 20 ildi ehtiyatdaydım.Tovuz hadisələri zamanı hərbi səfərbərbərliyə könüllü qoşuldum. İlk gündən müharibədə olmuşam. Füzuli, Cəbrayıl, Xocavəndin azad olunması uğruna döyüşlərdən keçdim. Hər şəhid, hər qazi, müharibədə olanhər bir oğul, hər döyüşçü mənim üçün qəhrəmandı. Amma Kamran tamam fərqliydi. Bölüyün qoruyucu mələyi idi. Bir də görürdüm Kamran yoxdu. Bir-neçə saatdan sonra ərzaqla, su ilə qayıdırdı. Düşmən tərəfə necə keçirdi, o ərzaqları necə gətirirdi...Bir dəfə də yeməyə heç nə qalmamışdı, çox əziyyət çəkirdi uşaqlar. Yenə Kamran yoxa çıxdı. Ermənilərin olduğu kəndə gedib. Ərzaq tapa bilməyib. Qurutmaq üçün sərdikləri qozu iki kisəyə yığıb gətirmişdi. İnanırsız möcüzə kimiydi. Bizdə kəşfiyyat manqası olur. Döyüşdə, hücumda onlar öndə gedir. Yəni bu ən təhlükəlidi, candan keçməkdi.O, həmişə kəşfiyyat manqasında olurdu. Kamran əsil milli qəhrəman idi. Təsəvvür edəndə belə heyrətlənirsən bu cəsurluğa.

- Vətənin ərazi bütövlüyü uğrunda döyüşmək, bu döyüşlərdə qalib olmaq, şəhid olmaq şərəfdi. Kamran kimi döyüşçü, dost, insan olmaq da şərəfdi. Hadrut uğrunda döyüşlər idi. Dörd gün idi ərzaq bitmişdi. Düşmən əsgərinin paltarını geyib, ermənilərin arasına getmişdi, ərzaq gətirmişdi. Çox qorxmaz idi. Yemək gətirərdi, özü yeməzdi, su gətirərdi özü içməzdi. Biz güclə verirdik ona bir içim suyu da. Çoxumuz son dəfə onun əlindən su içmişik, yemək yemişik. Bölüyün tacıydı –deyir döyüş yoldaşı Kərim Şərifov.

Döyüş yoldaşlarının "ikinci Mübarizimiz", "Mixaylo" dedikləri Kamranla bağlı söhbətləri dinləyirəm, görüntülərə baxıram. Adi günlərdə, onun anım günlərində olan çəkilişləri izləyirəm. Onlarla döyüş yoldaşı, zabitlər Sevinc ananın qarşısında baş əyir, əllərindən öpür, həyatı üçün Kamrana borclu olduğunu deyir. Düşünürsən ki, vətən elə belə oğullar böyüdən analardı. Elə Sevincdi vətən. Onlara görə ana demişik vətənə.

Sevinc xanımın aramla dedikləri səslənir ürəyimdə: Elə əvvəldən hərbiyə marağı vardı. Həqiqi hərbi xidmətdə manqa komandiri olmuşdu. Maxe olmaq istəyirdi. Müraciət etmişdi. Tovuz hadisələri baş verəndə hərbi komissarlıqdan əl çəkmirdi. Polad Həşimovun ölümündən çox sarsılmışdı. Ümumiyyətlə,Qarabağın, Xocalının adı çəkiləndə dözə bilmirdi. Müharibə başlayan kimi dedi ki, ana, mən gedirəm. 29-da tezdən getdi hərbi komissarlığa, həmin gün də yola düşdü.Həqiqi hərbi xidmətdə manqa komandiri olmuşdu. Bu döyüşlərdə də manqa komandiri idi oğlum.

Bir də Leyla xanımın sözlərini eşidirəm: Bütün şəhid ailələrinə başsağlığı verirəm, həm də onlara səslənirəm: Oğullarınızla fəxr edin. Necə ki, mən nəvəm Kamranla fəxr edirəm.Analar dünyaya oğul gətirir. Oğul nə üçündür? Vətənin dar günündə sinəsini sipər eləsin düşmənə. Onlar da sipər oldular. Təkcə "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə". "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmayıb Kamran. O bir dastan yazıb:Kamran dastanı.

2022-ci ilin Zəfər günündə 3-cü dərəcəli "Vətənə xidmətə görə"ordeni ilə təltif olunub. Bu il isə Kamran Hacıyev "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" medallarına təqdim olunub.  İndi ölkəmizdə igidlərimizin adını daşıyan  küçələr var.Bu küçələr həm də bizim ömür yolumuzdu. Gələcək nəsillərin ömür yoludu-Şüvəlandakı Kamran Hacıyev küçəsi kimi. Biz bu yolları qürurla, həm də ləyaqətlə keçməliyik.

P.S. Sevinc xanım tanışlığımıza, oğlu haqda yazacağıma çox sevindi. Oxucum imiş. "Sizi nə qədər sevdiyimi bilsəniz...-dedi. Şəhid ailələrindən çox xoş sözlər eşidirəm. Ən böyük mükafatdı onlar.

Kamalə Abiyeva




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ