Son günlər qərb dairələrinin təxribat oyuncağına çevrilən Ermənistana "maraq" getdikcə çoxalır. Artıq NATO da KTMT üzvü olan, amma gedtikcə bu qurumu boykot etməklə gündəmə gələn rəsmi İrəvanla isti münasibətlər qurmağa başlayıb. "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində Ermənistan-NATO yaxınlaşması barədə fikirlərini çatdırıb. A.Quliyev yazır: "NATO Ermənistanla hansısa Xüsusi Fərdi Tərəfdaşlıq proqramı hazırlayır və rəsmən verilmiş məlumata görə yaxın bir neçə həftədə reallaşacaq.Təbii ki, NATO- nun geosiyasi maraqları var, bu maraqların istiqamətlərindən biri Ermənistandır, Ermənistanın Rusiyanın KTMT sisteminə rəsmi bağlılığı NATO- nun planlarında onun əhəmiyyətini artırır və NATO Rusiyaya alternativ olaraq Ermənistanın üzərində təsirlərini artırmağa çalışır.
Ancaq bizim üçün həssas məqam odur ki, Ermənistanın Azərbaycanla sülh prosesini bütün bəhanələrlə ləngitdiyi indiki şəraitdə NATO- nun xüsusi Fərdi Proqramları Ermənistanı ruhlandıra bilər və bununla da sülh prosesinə daha da mənfi təsir edər.
Üstəlik NATO rəsmiləri son vaxtlar Azərbaycan- Ermənistan sülh normallaşma prosesində ərazi bütövlüyü və süverenlik prinsiplərinə xüsusi həssas yanaşdıqlarını nümayiş etdirirlər və gizlətmirlər ki, keçmiş Dağlıq Qarabağ münaqişəsinin həll olunmadığı dövrlərdə bu iki prinsipə o qədər də aktual baxmırdılar.İndi nə baş verib? Azərbaycan Ermənistana ərazi bütövlüyü və süverenlik kimi beynəlxalq hüququn 2 "koronnı" prinsipi əsasında sülh imzalamağı müharibədən sonrakı ilk aylarda təklif etdiyi halda, NATO rəsmiləri özlərini sanki Azərbaycan tərəfdən bu 2 prinsipə təhlükə olduğu kimi aparırlar. Etiraf etməsələr də, NATO rəsmiləri Ermənistanın "Azərbaycan bizim ərazilərimizi zəbt edib, yeni aqressiyalar hazırlayır" kimi yalanlarına inanmış kimi davranırlar.
Bax, NATO- nun Ermənistanla yeni əməkdaşlıq planlarında bizi əsaslı dərəcədə narahat edən bunlardı...."
Mətləb Salahov