Bazar günü günü, 16 avqust 2026
     

Avropa Şurası Azərbaycandan KİMİN QİSASINI ALIR?

Image


Avropa Şurası Parlament Assambleyası növbəti dəfə Azərbaycan əleyhinə açıq-aşkar QƏRƏZLİ, sırf təxribat xarakterində bir addım atdı. Avropa dəyərlərindən, ölkələrin suverenliyindən, insan hüquq və azadlıqlarından dəm vuran AŞPA, bütün bu "dəyərlərinə" tüpürüb, Azərbaycana qarşı olan mənfi münasibətini rəzil şəkildə ifadə etdi. Onsuz da neçə illərdir ki, qərb qurumlarında azərbaycançılığa, türkçülüyə, İslama, əməkdaşlığa, qarşılıqlı hörmətə qarşı çirkin fobiyanın tüğyan etdiyi hər kəsə gün kimi aydın idi. Amma işin bu həddə çatacağı, AŞPA-nın normal təşkilat əvəzinə, daha çox siyasi sifariş yerinə yetirən oyuncaq quruma çevrildiyinin biabırçı şəkildə ortaya çıxacağı gözlənilmirdi. Düşünmək olardı ki, AŞPA özünü belə rəzil vəziyyətə salmaz, elan etdiyi dəyərləri bu şəkildə tapdalamaz.

Amma olan oldu. Azərbaycan əleyhinə heç bir beynəlxalq hüquqa əsaslanmayan, birbaşa ölkələrin daxili işlərinə müdaxilə edən ittihamlar səsləndirən AŞPA-dakı "tutuquşular", açıq-aşkar siyasi sifariş yerinə yetirdiklərini büruzə verdilər. AŞPA Azərbaycandan kimin QİSASİNI ALIR? Əlbəttə, 44 günlük müharibədə Azərbaycana məğlub olub rəzil günə düşən Ermənistanın qisasını alır!
Təsəvvür edin ki, iyirmi il ərzində bu təşkilat torpaqlarımızı işğal altında saxlayan Ermənistana qarşı heç bir sanksiya tətbiq etmədiyi, yüz minlərlə qaçqın və köçkün azərbaycanlıya hər hansı mesaj göndərmədiyi, onların problemləri ilə məşğul olmadığı halda, məhz indi Azərbaycana qarşı düşmən mövqeyinə keçib. Çünki bu münasibət məhz 44 günlük müharibədə Azərbaycan öz torpaqlarını azad edəndən, ərazi bütövlüyünü və suverenliyini, sərhədlərini tam şəkildə bərpa edəndən sonra baş qaldırıb. Bəs Nikol Paşinyanın Ermənistanda yaratdığı xunta rejimi necə, AŞPA-dakıların gözünə girmir ki? Yoxsa diletant N.Paşinyanın Ermənistandakı hüquq və azadlıqlara tüpürüb, öz əli ilə imzaladığı kütləvi həbslər AŞPA-dakıları qəti maraqlandırmır? Əlbəttə, maraqlandırmır. Onları Azərbaycana necə dəhşətli ziyan vurmaq maraqlandırır. Onları demokratiya, insan hüquqları kimi mənasız terminlər heç zaman maraqlandırmayıb da. Onlar üçün maraqlar öndə gəlir, hüquq və demokratiya terminləri bu maraqlar üçün şantaj vasitəsidir, vəssalam!
Amma AŞPA-nın bu qərəzli mövqeyindən öncə də Azərbaycan əleyhinə kampaniya start götürmüşdü. Xüsusilə, Avropa İttifaqı səviyyəsində açıq-aydın Ermənistanın silahlandırılmasına çağırışlar edilir, Azərbaycan əleyhinə sanksiyalar üçün təxribatlar törədirdilər. Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel adlı biri var. Yaşı da səksənə yaxınlaşır. Bu ağsaçlı ispaniyalı siyasətçi ermənipərəstlikdə Emmanuel Makronu da, digər qərb ermənipərəstlərini də vurub keçib. Sözsüz ki, bu qocaman ispaniyalının erməbilərə görə belə canfəşanlığı təkcə regionda qərbin yırtıcı maraqlarına hesablanmayıb. Hətta uzaq Afrikadakı qəbilələrə də aydındır ki, neçə on illiklərdir ki, Avropada kök salan erməni diasporu belələrini ABŞ dollarına "bələyir", dollar bağlamaları ilə bəsləyir, sonra da gündəmə çıxarıb Azərbaycana qarşı qışqırdır...
Sözsüz ki, erməni diasporu qərbdəki "bərkgedən" qurumları və onların vəzifəlilərini dollar və avro qoxusunda yerindəcə "ovlamağı" əla bilir. Görünür ki, cənab C.Borrel də Aİ-dakı quru maaşındansa, bu qoca vaxtında erməni diasporunun bağlama nəmərlərinə tamah salıb...

Keçək MƏTLƏBƏ. Məsələnin mətləbi budur ki, C.Borrel azərbaycanlı diplomatlarla bağlı Fransanın mövqeyini qızğın şəkildə müdafiə edib və bununla kifayətlənməyərək əlavə edib ki, Bakıda təxribatla məşğul olan fransız diplomatlar "məsumdurlar", günahsızdırlar. Bundan başqa, Ali nümayəndə Azərbaycan Prezidentinin Azərbaycan və Ermənistan ərazilərinə dair tarixi faktlarla bağlı fikirlərini tamamilə təhrif etməklə yanaşı, Azərbaycana qarşı hərbləşmə və təcavüzkar siyasəti bilərəkdən qızışdırmaqla məşğuldur.
Bu qoca C.Borrelə gün kimi aydındır ki, beynəlxalq ictimaiyyətin Ermənistanı beynəlxalq hüququn norma və prinsiplərinə uyğun hərəkət etməyə inandırmaq üçün heç bir səy göstərməməsinə baxmayaraq, Azərbaycan hər zaman Ermənistanla danışıqlara, sülhə və sabitliyə sadiq olub. Bu qoca siyasətçi bütün sadaladıqlarımız həqiqətləri bildiyi halda gözlərini erməni təəssübkeşliyi necə örtübsə, hətta qeyri-diplomat görkəminə bürünüb diletant şəkildə bilərəkdən Azərbaycan əleyhinə yalanlar üfürməkdədir. Təkcə bu qoca Borreldirmi? - xeyr, belələri Avropa Parlamentində ağzına kimi doludurlar.

Amma həmin qüvvələr əmin ola bilərlər ki, həmişəki kimi, bu dəfə də heç nə əldə edə bilməyəcəklər. Azərbaycan dövləti milli və müstəqil maraqlara əsaslanan qətiyyətli, eyni zamanda, tam ədalətli mövqeyindən bir addım da geri çəkilməyəcək. Bir vacib məqam da budur ki, Azərbaycan Avropanın əsas enerji təminatçılarından biridir. Ölkəmiz Cənubi Qafqazda yeganə güc sahibidir. AŞPA-da və ya Avropanın digər siyasi dairələrində oturub Azərbaycana qarşı düşmənçilik edənlər anlamalıdırlar ki, belə davam edəcəkləri təqdirdə, bölgəmizdəki tərəfdaşlarını itirəcəklər. Hələ ki, nə C.Borrel, nə E.Makron, nə də qərbdəki erməni züy tutanları Azərbaycana qarşı təxribatların hansı adekvat cavablarla nəticələnəcəyinin fərqində deyillər. Ya da fərqindədirlər, sadəcə, Azərbaycan düşmənçiliyi gözlərini elə bağlayıb ki, nəticələr onları düşündürmür. İşlərinə gələn tək fakt, nə olursa-olsun Azərbaycana ziyan vurmaqdır. Amma burası dəqiqdir ki, ziyanın da qarğış kimi iki başı var. Heç bir nüfuzu və qərar hökmü olmayan ölü AŞPA üzərindən Azərbaycana qarşı belə oyuna görə qərb çox şeyi itirəcək. Çünki itirdikləri qazandıqlarından çox olacaq, burası tam dəqiqdir...

Mətləb Salahov




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ