Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Azərbaycan Türk Birliyi üçün vacib və mühüm aktora çevrilir

Image


Kökü eyni, soyu eyni, mədəniyyətləri bir-birinə tarixən bağlı türkdilli xalqlar... Bu bir tarixi faktdır ki, türkdilli xalqların inteqrasiyasında Azərbaycan faktoru daima önəmli yer tutub. Bu inteqrasiyanın ən böyük təşəbbüskarı isə Ulu Öndər Heydər Əliyev olub. Türkdilli xalqların inteqrasiyası yolunda ulu öndərin müəllifi olduğu təşəbbüslər bu gün geniş coğrafi məkanda əməkdaşlığı genişləndirir, bugünkü inteqrasiyada əsas ideya xətti olaraq çıxış edir. Xalqlarımızın böyük tarixini yenidən qiymətləndirmək, hər bir xalqın tarix boyu yaratdığı mənəvi dəyərləri, mədəniyyət abidələrini bütün xalqlar üçün doğma etmək bizim bu görüşlərin mərkəzində duran vəzifələrdir. Ulu Öndər Heydər Əliyev o zaman deyirdi: "Bizim köklərimiz bir dilə, bir mənəviyyata, bir dinə bağlı olduğuna görə çox dərindir və mənəvi dəyərlərimiz tarixin bütün mərhələlərində nə qədər çətinliklərlə rastlaşıbsa da, dayanmayıb, inkişaf edib. İndi isə türkdilli xalqların müstəqil dövlətləri olduğuna görə və bizim əlimizdə böyük imkanlar yarandığına görə bu prosesləri daha da gücləndirə, daha da mütəşəkkil edə bilərik. Bu, bizim borcumuzdur".

Türkdilli ölkələrlə əməkdaşlıqdan söhbət düşəndə ilk olaraq Azərbaycan-Türkiyə münasibətləri göz önünə gəlir. Münasibətlərimizin tarixi-siyasi, dini, milli-mənəvi köklərə bağlı sahələrdə sürətli inkişafı Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir", Heydər Əliyevin isə "Biz bir millət, iki dövlətik" fikirlərinə əsaslanır.

Bu gün Prezidentlər İlham Əliyev və Rəcəb Tayyip Ərdoğanın sıx dostluq və qardaşlıq münasibətləri, Türkiyə-Azərbaycan əlaqələrinin tarixdə görünməmiş yüksək tərəfdaşlıq səviyyəsində inkişafı həm də türkdilli ölkələrin birliyinin möhkəmləndirilməsi üçün də əsas faktora çevrilib. Tarix boyu türk xalqları və dövlətləri arasında mənəvi körpülərin möhkəmləndirilməsində ideoloji platforma missiyasını yerinə yetirən Azərbaycan, qarşılıqlı münasibətlərin iqtisadi, siyasi, mədəni, humanitar və digər istiqamətlərdə inkişafı üçün səylərini əsirgəmir, təşəbbüsləri və praktik addımları ilə bu mühüm və tarixi prosesə öz töhfəsini verir.

Xüsusilə qeyd etməliyik ki, türkdilli ölkələr birliyinin yaradılmasında Azərbaycan-Türkiyə münasibətləri əsas faktor kimi çıxış edir. Təkcə son bir neçə il ərzində rəsmi Ankaranın və Bakının bu birliyin formalaşması üçün həyata keçirdikləri siyasi və iqtisadi layihələri qeyd etmək kifayətdir ki, bu iki ölkənin Türkdilli ölkələrin birliyi üçün nə qədər önəmli olduğunu anlayasan. Azərbaycan və Türkiyənin misilsiz qardaşlıq münasibətlərinin, strateji müttəfiqliklərinin, həyata keçirdikləri ortaq layihələrin uğurlu nəticələri türk dövlətlərinin ortaq dil, tarix və mədəniyyət platforması üzərindən təşkilatlanması ideyasının cazibədarlığını daha da artırıb, bu prosesin bütün türk dövlətlərini əhatə etməsi və qarşılıqlı etimad mühitinin formalaşması üçün əlverişli zəmin formalaşdırıb.

Türk dövlətləri ilə münasibətlərin genişləndirilməsi və möhkəmləndirilməsi bu gün Azərbaycanın xarici siyasət kursunun prioritet istiqamətlərindən biridir. Türkdilli ölkələrin xalqlarının etnik və mədəni kökləri, dil və ortaq keçmiş amili bugünkü münasibətlər üçün kifayət qədər möhkəm təməl rolunu oynayır. Xüsusilə son illər ərzində cənab Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə etdiyi çoxsaylı səfərlər, eləcə də həmin ölkələrin rəhbərlərinin Azərbaycana səfərləri ölkələrimiz arasında əlaqələrin səmimi dostluq münasibətləri əsasında inkişaf etdiyinin ən bariz göstəricisidir.

Bəli, bu gün Azərbaycan ilə Türk dövlətləri arasında iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir. Gəlin türk dövlətləri ilə iqtisadi əlaqələrimizə nəzər yetirək. Yola saldığımız ilin noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının "Türk Əsri" çağırışı altında keçirilmiş 10-cu yubiley Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev Azərbaycanın son illər Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyduğunu qeyd etdi və bildirdi ki, hazırda ölkələrimiz arasında birgə sərmayə fondlarının yaradılması prosesinə başlanmışdır. Artıq Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu yaradılmışdır. Azərbaycanın Türk dövlətləri ilə iqtisadi münasibətlərində nəqliyyat və logistika sahəsi aparıcı yerlərdən birini tutur. Bu gün Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstandan Türkiyə və Avropa bazarları istiqamətində yüklərin ən etibarlı və sərfəli daşınma marşrutları məhz Azərbaycandan keçir. Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Buna paralel olaraq son illər ölkələrimiz arasında iqtisadi əlaqələrin şaxələndirilməsi istiqamətində də mühüm addımlar atılır. Artıq sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələr həyata keçirilir. Mehmanxana işi və turizm sahəsində önəmli sərmayə layihələri ilk icra mərhələsindədir. Bütün bunlar əlaqələrin daha da dərinləşməsinə və möhkələnməsinə xidmət edir.

Digər bir məqama diqqət edək: Azərbaycanın işğaldan azad edilmiş ərazilərində görülən işlərə qardaş ölkələrin verdiyi töhfələr, açıq şəkildə səmimi dostluğun təzahürləridir. Azərbaycan Prezidentinin açıqlamalarında diqqəti cəlb edən məqamlardan biri də Özbəkistan və Qazaxıstanın ölkəmizə etdikləri hədiyyələrin yüksək dəyərləndirilməsi oldu. Məlum olduğu kimi, Azərbaycan üç il əvvəl Vətən müharibəsi başa çatdıqdan dərhal sonra özünün işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərinə başlayıb. Qeyd etmək lazımdır ki, Azərbaycan bütün bu işləri yalnız öz vəsaitləri hesabına, heç bir maliyyə yardımı almadan, kredit götürmədən həyata keçirir. Cənab Prezident İlham Əliyev öz çıxışında konkret rəqəmlər səsləndirərək bu məqsədlə artıq Azərbaycanın dövlət büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsaitin sərf olunduğunu və növbəti ildə ən azı 2,4 milyard ABŞ dollarının ayrılacağını vurğuladı. Təbii ki, bu, çox böyük rəqəmlərdir. Eyni zamanda, görülən işlərin fonunda dostluq və qardaşlıq jesti olaraq Füzuli şəhərində Özbəkistan dövlətinin inşa etdirdiyi orta məktəb və Qazaxıstanın hədiyyəsi olan yaradıcılıq mərkəzi ölkələrimiz və xalqlarımız arasında münasibətlərin səmimiyyətindən xəbər verir. Bu münasibətlər isə, əlbəttə ki, bütün Türk dünyasının daha da möhkəmlənməsinə xidmət edir.

Beynəlxalq əlaqələrdə də türkdilli ölkələrin sıx inteqrasiyası diqqəti cəlb edir. Ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avratlantik Tərəfdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA, TÜRKSOY kimi beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edirlər.

Eyni milli kökləri bölüşən türkdilli ölkələrin bir təşkilat daxilində fəaliyyəti həm də iqtisadi baxımdan əhəmiyyət kəsb edir. Bu gün 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyada əhatə olunan və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malik Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr tərəfindən milli maraqlar nəzərə alınaraq qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirilir. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlıq getdikcə genişləndirilir. Beləliklə, iyirmi birinci əsrin ortalarına doğru Türk Birliyi dünya miqyasında əsaslı faktora çevrilir. Bu prosesdə Azərbaycan amili isə həm iqtisadi, həm də siyasi baxımından aparıcı rola malikdir. 

Mətləb Salahov

 




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ