Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun iclası keçirilib

Image


Yanvarın 16-da 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar yanvarın 16-da Mərkəzi Seçki Komissiyası (MSK) nəzdində Mətbuat qrupunun iclası keçirilib. Bu barədə baki-xeber.com-a Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən məlumat verilib. 

Mətbuat qrupunda təmsil olunan MSK üzvləri və qrup üzvü olan müvafiq media qurumları nümayəndələrinin, habelə beynəlxalq müşahidəçinin iştirak etdiyi iclasda ilk öncə Prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat proseslərinin gedişi barədə məlumat verilib. Bildirilib ki, yanvarın 15-dən etibarən seçkiqabağı təşviqat başlayıb və bu mərhələ səsvermənin başlanmasına 24 saat qalmış bitəcək. Müxtəlif siyasi partiyalar tərəfindən irəli sürülən, eləcə də öz təşəbbüsü ilə seçkilərə qatılan 7 namizəd qeydə alınaraq azad seçki mübarizəsinə qoşulub. 

Eyni zamanda diqqətə çatdırılıb ki, seçkiqabağı təşviqatın aparılması üçün geniş imkanlar və hərtərəfli şərait təmin olunub. Belə ki, prezidentliyə namizədlərin və namizədi qeydə alınmış siyasi partiyaların seçicilərlə görüşləri üçün 125 seçki dairəsi üzrə 139-u açıq, 139-u qapalı olmaqla, ümumilikdə 278 yer ayrılıb. Bütün təşviqat subyektləri üçün ödənişsiz olan bu yerlərdə, heç bir icazə almadan, sadəcə digər namizədlərin və namizədi qeydə alınmış siyasi partiyaların görüşləri ilə üst-üstə düşməsin deyə, aidiyyəti dairə seçki komissiyasını əvvəlcədən məlumatlandırmaqla seçicilərlə görüşlər keçirmək olar. Seçki Məcəlləsi qanunvericiliklə qadağan olunmayan digər yerlərdən istifadə edilməsinin mümkünlüyünü də təsbit edir. Namizədlər tərəfindən müraciət olunarsa, bütün təşviqat subyektləri üçün bərabərlik prinsipi gözlənilməklə və eyni əsaslarla, dairə seçki komissiyalarının yerli qurumlarla əməkdaşlığı şəraitində başqa məkanların təmin olunması da nəzərdə tutulur. 

O da vurğulanıb ki, bu seçkilərdə "Azərbaycan" qəzeti, "Xalq qəzeti", "Bakinski raboçi" qəzetindən əlavə, "Respublika" qəzetində də dərc imkanı yaradılıb və beləliklə, ödənişsiz əsaslarla seçkiqabağı təşviqat aparılması mümkün olan dövrü nəşrlərin sayı 4-ə çatdırılıb. Ödənişli əsaslarla seçkiqabağı təşviqat aparılması üçün mediadan daxil olan və təmin edilən 44 müraciət, əvvəlki illərlə müqayisədə medianın qarşıdan gələn seçkilərdə daha yüksək fəallığının göstəricisidir. 

Əlavə edilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətində qanunvericilikdə nəzərdə tutulandan 2 dəfə artıq – həftəlik 6 saat ödənişsiz efir vaxtı ayrılıb. Hüququ olan subyektlər həmin vaxtın 3 saatını televiziyada, 3 saatını isə radioda "dəyirmi masa" formatına uyğun istifadə edir. Yanvarın 15-də İctimai Televiziya və Radio Yayımları Şirkətində ilk debat keçirilib və qanunvericiliklə ziddiyyət təşkil edən hər hansı bir hal baş verməyib. Efir vaxtı müntəzəm olaraq günün daha baxımlı vaxtlarında – həftədə 3 gün hər dəfə 1 saat olmaqla saat 21:00-da televiziya izləyicilərinə, 3 gün də hər dəfə 1 saat olmaqla saat 21:00-da radio dinləyicilərinə təqdim olunacaq. Debatlar ilk dəfə İctimai Televiziya və Radio Yayımları Şirkətinin rəsmi sosial media hesabından birbaşa yayımlanır ki, bu da namizədlərin seçkiqabağı platformasının daha geniş auditoriyaya çatdırılmasında əlavə bir vasitə kimi önəmli rol oynayır.

İclasda MSK nəzdində Mətbuat qrupunun funksiya, səlahiyyət və vəzifələri də bir daha xatırladılıb. Qeyd edilib ki, fəaliyyəti Seçki Məcəlləsi və MSK tərəfindən qəbul edilmiş müvafiq əsasnamə ilə tənzimlənən Mətbuat qrupu mediada seçkiqabağı təşviqatın aparılması qaydalarına əməl olunmasına nəzarəti həyata keçirir. Üzvlərinin əksəriyyəti jurnalistika sahəsində çalışan mütəxəssislərdən ibarətdir. Qrup öz fəaliyyətində seçkiqabağı təşviqata dair qanunvericiliklə müəyyən olunmuş tələbləri, MSK tərəfindən qəbul edilmiş, eləcə də digər normativ xarakterli aktları rəhbər tutur. Mətbuat qrupu, həmçinin mediada seçkiqabağı təşviqatın aparılmasının müəyyən olunmuş qayda və üsullarına əməl olunması üçün tədbirlər görür, zəruri hallarda həmin müraciətlər üzrə təkliflərini MSK-nın müzakirəsinə çıxarır.

Mətbuat qrupunun iclasında medianın seçkilərdə rol və vəzifələrindən də danışılıb və qeyd olunub ki, seçkiləri mediasız təsəvvür etmək qeyri-mümkündür. Media seçkilərdə azad və sərbəst şəkildə iştirak edir, ictimaiyyətin məlumatlandırılmasına mühüm töhfələr verir. Həm proseslərin aşkarlığının və şəffaflığının təmin olunmasında, həm seçkiqabağı təşviqat mərhələsində, həm də səsvermə günü öz peşə fəaliyyətini yerinə yetirərkən qanunvericilik media üçün hüquqlarla yanaşı, vəzifə və məsuliyyətlər də müəyyən edib. Seçki prosesinin bütün iştirakçıları Seçki Məcəlləsinin və müvafiq qanunvericiliyin tələblərinə dəqiqliklə riayət etməlidirlər.

İclasda, həmçinin Prezident seçkiləri ilə əlaqədar zərurət yarandıqda və ya aidiyyəti üzrə müraciət daxil olduqda Mətbuat qrupunun növbəti iclaslarının keçirilməsinin mümkünlüyü də diqqətə çatdırılıb.

Mətbuat qrupunun iclasının sonunda seçkilərin mediada işıqlandırılması, seçkiqabağı təşviqatla bağlı ümümi tələblər, bu mərhədə iştirak hüququ olan subyektlərin rol və vəzifələri, habelə mətbuat qrupunun funksiyaları ilə bağlı müxtəlif məsələlər ətrafında geniş müzakirələr aparılıb və iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

İradə SARIYEVA




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ