Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Yerevanda jurnalistlərə Azərbaycanla sülh sazişinin bəzi məqamları barədə açıqlama verib.Təbii ki, o, saziş layihəsinə Ermənistanın baxışlarını ifadə edib.Deyib ki ,saziş layihəsinin bütün maddələri hər 2 tərəfə aiddir və elə bir maddə yoxdur ki, tərəflərdən birinə aid edilsin.Simonyan onu da deyib ki, sazişdə Zəngəzur dəhlizi barədə heç nə deyilmir. Təbii ki, bunlar ermənilərin arşını ilə " biçilmiş bez parçasından başqa bir şey deyil" və bizim üçün heç bir məna kəsb etmir.
Nahid Salayev