Bazar ertəsi günü, 12 oktyabr 2026
     

"Bu hərəkətlər Azərbaycan tərəfinin çoxsaylı mülki və hərbi itkilər verməsi ilə nəticələnib"

Image


Azərbaycanın Qarabağ bölgəsini tərk etmək yerli ermənilərin öz könüllü qərarları olub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa Şurasının insan hüquqları üzrə komissarının 16-23 oktyabr 2023-cü il tarixlərində Ermənistan və Azərbaycana səfəri ilə bağlı hesabatına şərhində bildirilib.

Qeyd olunub ki, komissarın müşahidələrində vurğulandığı kimi, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı səbəbindən son 30 ildə qarşısı alınmış bu səfər Azərbaycanın Qarabağ bölgəsinə insan hüquqları üzrə onilliklər ərzində ilk missiya idi. Eyni zamanda, Azərbaycan hökumətinin dəvəti və razılığı ilə həyata keçirilmiş sözügedən səfər Azərbaycan hökumətinin beynəlxalq insan hüquqları institutlarına münasibətdə şəffaflığını və əməkdaşlığının göstəricisidir.

Bütövlükdə, hesabatda 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycanın suveren ərazilərində mülki ərazilərə münasibətdə ciddi ehtiyat tədbirləri görülməklə silahlı qüvvələr tərəfindən həyata keçirilmiş lokal antiterror tədbirləri nəticəsində qondarma "etnik təmizləmə" və ya "məcburi köçkünlük" ilə bağlı əsassız iddialar heçə endirilib. Belə ki, komissarın bölgəyə səfəri və apardığı müşahidələr onu göstərib ki, Azərbaycan hakimiyyəti tərəfindən heç bir güc tətbiq olunmadan Azərbaycanın Qarabağ bölgəsini tərk etmək yerli ermənilərin öz könüllü qərarları olub.

Hesabatda xüsusən terrorla mübarizə tədbirlərindən sonra geri qayıtmaq hüququnun və digər insan hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycan hökumətinin atdığı bir sıra konkret addımlar göstərilir. Burada, yerli erməni sakinlərin reinteqrasiyası məsələsinə və bu proses çərçivəsində nəzərdə tutulan tədbirlərə Azərbaycanın müsbət niyyəti və yanaşması vurğulanır.

Komissarın hesabatında münaqişənin və Ermənistan tərəfindən işğalın xarabalığa çevrilmiş mülki infrastruktura uzunmüddətli təsirləri, azərbaycanlı məcburi köçkünlərin azad edilmiş rayonlara təhlükəsiz və ləyaqətlə qayıtmaq hüququnun təmin edilməsi məqsədilə aparılan minatəmizləmə və yenidənqurma işləri öz əksini tapıb.

Bundan əlavə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kütləvi şəkildə minalarla çirklənmə üzrə kəskin problem və bunun ərazilərin reabilitasiyasına, eləcə də keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtma prosesinə qarşı yaratdığı əngəllər, habelə onların sağlamlığı və həyatı üçün ciddi risklər hesabatda vurğulanır. Bu məqsədlə, komissar Azərbaycan hökumətinin geri qayıtma prosesini asanlaşdırmaq üçün atdığı addımları alqışlayır. Bu kontekstdə, Ermənistanın indiyədək təqdim etdiyi minalanmış ərazilər üzrə xəritələrin dəqiqlik dərəcəsinin (cəmi 25%) hesabatda göstərilməsi xüsusilə qeyd olunmalıdır. Əslində, Ermənistan regionda təcavüzkar siyasətini həyata keçirmək və Azərbaycan ərazilərinin işğalını davam etdirmək məqsədilə Azərbaycanın suveren ərazilərində qəsdən kütləvi şəkildə minaların yerləşdirilməsi ilə məşğul olub.

Buna baxmayaraq, təəssüf ki, sənəd Ermənistanın başlatdığı və Azərbaycan ərazilərinin 30 ilə yaxın işğalı ilə nəticələnən münaqişənin təsirinə məruz qalmış bütün insanların ümumi insan hüquqlarının vəziyyəti ilə bağlı fundamental reallıqları həqiqi mənada əks etdirmir. Ermənistanın Azərbaycana qarşı təcavüzü sistemli şəkildə etnik təmizləmə aktlarına, hərbi cinayətlərə və yüz minlərlə azərbaycanlının, o cümlədən həssas vəziyyətdə olan uşaqların, qocaların və qadınların məcburi köçkünə çevrilməsinə səbəb olduğu məlumdur. Ermənistanın təcavüzü on minlərlə uşağı əsas insan hüquqlarından, o cümlədən yaşamaq, təhsil, təhlükəsizlik, müdafiə və sağlamlıq hüququndan ciddi şəkildə məhrum edib. Regionda iki xalq arasında düşmənçiliyə səbəb olan belə dəlillərin komissarın müşahidələrində layiqincə işıqlandırılacağına ümid bəsləyirdik.

Hesabatda reallıqdan tamamilə uzaq olan və Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən də tanınmayan Laçın yolunun qondarma "blokadası"na istinadların yer alması təəssüf doğurur. Müşahidələr Laçın-Xankəndi yolunda mülki əhalinin etirazlarının, daha sonra isə Azərbaycan-Ermənistan sərhədində sərhəd-keçid məntəqəsinin yaradılmasına səbəb olan faktları göstərməyib. Azərbaycan tərəfi, Ermənistanın son üç il ərzində 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı və beynəlxalq hüququ kobud şəkildə pozaraq Azərbaycan ərazisində on min nəfərdən çox qeyri-qanuni silahlı birləşmələrin saxlanılması və dövriyyəsi, minaların qanunsuz ötürülməsi daxil olmaqla Laçın yolundan müxtəlif qanunsuz məqsədlər üçün geniş və sistematik şəkildə sui-istifadə olunması ilə bağlı dəfələrlə əsaslandırılmış sübutlar təqdim edib. Bu hərəkətlər Azərbaycan tərəfinin çoxsaylı mülki və hərbi itkilər verməsi ilə nəticələnib.

Sözügedən qanunsuz hərəkətlərə və Ermənistanın öhdəliklərini yerinə yetirməməsinə cavab olaraq 23 aprel 2023-cü il tarixində Azərbaycan tərəfindən sərhəd buraxılış məntəqəsinin yaradılmasına gəlincə, Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq Laçın yoluna tam nəzarət etmək üçün öz suveren hüququndan istifadə edib və bu, Ermənistanın iddialarının yekdilliklə rədd olunduğu Beynəlxalq Ədalət Məhkəməsinin 6 iyul 2023-cü il tarixli qərarında öz əksini tapıb. Bundan əlavə, komissar Beynəlxalq Ədalət Məhkəməsinin 2021-ci il dekabr tarixli qərarına istinad edərkən, Azərbaycana qarşı irqi nifrət və ayrı-seçkiliyin qızışdırılmasının və təşviqinin qarşısının alınması istiqamətində Ermənistandan tələb olunan müvəqqəti tədbirin göstərilməsi faktını nəzərdən qaçırır.

Mətləb Salahov




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ