Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Bakı Dövlət Universiteti liderliyini qorudu - “Web of Science” və “Scopus”da çap olunmuş elmi əsərlərin sayına və istinadlara görə ....

Image



Yaxın gələcəkdə "Tədqiqat Universiteti" statusunu almağa hazırlaşan Bakı Dövlət Universitetində (BDU) görülən işlər əvvəlki illərdə olduğu kimi, 2023-cü ildə də öz bəhrəsini verib. Universitetdən baki-xeber.com-a bildirilib ki, "Clarivate Analytics" Beynəlxalq İnformasiya Agentliyinin rəsmi məlumatına əsasən, BDU-nun Hirş indeksi 2023-cü ildə 6 bal artaraq 60 olub. Bununla, BDU yenə də Azərbaycan universitetləri arasında öz liderliyini qoruyur. Hər bir əsərə istinadların orta sayı isə 6.12-dən 7.46-ya qədər yüksəlib.

Elmin inkişafı Azərbaycanda dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Beynəlxalq münasibətlərdə təkcə siyasi-iqtisadi deyil, eyni zamanda, elmi-innovativ xarakterli göstəricilər müstəsna rola malikdir. Elmin inkişaf səviyyəsi ölkəmizin sosial-iqtisadi qüdrətinin, milli təhlükəsizliyinin, bütün sferalarda mədəni tərəqqinin, təhsildə yüksək keyfiyyətin təminatı baxımından əhəmiyyətlidir. Azərbaycanda elmin inkişaf istiqamətləri müəyyənləşdirilərkən maddi-mənəvi dəyərlərin qorunması ilə yanaşı, beynəlxalq arenaya sürətli inteqrasiyası da xüsusi diqqətdə saxlanır. Aparılan tədqiqatların səmərəliliyinin artırılmasına, onların nəticələrinin sosial-iqtisadi və sənaye-istehsalat sahələrində tətbiqinin təmin edilməsinə, tədris prosesinə bağlılığına önəm verilir.

Bu istiqamətdə ali təhsil müəssisələrinin üzərinə də mühüm vəzifələr düşür. BDU Azərbaycanda elmi-texniki potensialın formalaşmasında, qorunmasında, səmərəli istifadə edilməsində yaxından iştirak edir və bu istiqamətdə aparıcı qüvvələrdən birinə çevrilib. BDU-da elmi yeniliklərin və innovasiyaların tədris prosesinə tətbiq edilməsinə, "Universitet-sənaye" tərəfdaşlığı çərçivəsində fəaliyyətin qurulmasına, bu sahədə ölkədaxili və beynəlxalq əməkdaşlığın genişləndirməsinə, dünyanın tanınmış ali təhsil və elmi müəssisələri ilə tələbə-müəllim-tədqiqatçı mübadiləsinə xüsusi diqqət edilir.

Agentliyin rəsmi məlumatına əsasən, BDU-nun əməkdaşları, doktorant və tələbələri tərəfindən "Web of Science" bazasına daxil olan dərgilərdə artıq 4213 elmi əsər nəşr edilib. Bu əsərlərə 31000-dən çox istinad olunub. Fizika, riyaziyyat, kimya, biologiya, texnika, hüquq, filologiya, iqtisad, Yer elmləri, pedaqogika, psixologiya, siyasi elmlər, tarix, fəlsəfə kimi elm sahələri üzrə 200-ə yaxın mövzuda tədqiqatlar aparılan BDU-da interdissiplinar və multidissiplinar tədqiqatlara üstünlük verilir. BDU alimlərinin "Scopus"a daxil olan dərgilərdə indiyədək 10 613, ötən il 623 elmi əsəri dərc olunub

Fizika və astronomiya, kimya, riyaziyyat, materialşünaslıq, kompüter elmləri, tibb, biologiya, ekologiya, sosial elmlər, humanitar elmlər və elmin müxtəlif sahələrinin qovşağında olan multidissiplinar sahələr üzrə "Scopus" bazasına daxil olan dərgilərdə isə indiyə qədər ümumilikdə 10 613 elmi əsər dərc olunub. Fizika və astronomiya, materialşünaslıq, kimya və riyaziyyat üzrə dərc olunmuş məqalələrin sayı və onlara edilmiş istinadlar digər sahələrlə müqayisədə daha çoxdur.

Klassik universitet olan BDU-da fundamental elmi məktəblərlə yanaşı, multidissiplinar tətbiqi elmlər, o cümlədən mühəndislik üzrə yaxşı elmi məktəblər formalaşıb. Yalnız 2023-cü ildə bu elmi məktəblərdə BDU-nun 12 gənc alimi dissertasiya işlərini tamamlayaraq uğurla müdafiə edib. "Scopus" bazasındakı jurnallarda dərc olunmuş nəticələrin 15 faizdən çoxu məhz bu sahələrin payına düşür.

Bu gün BDU tələbəsi elmi seminarlarda və konfranslarda məruzələrlə çıxış edir, müxtəlif elmi-tədqiqat layihələrinə cəlb olunur. Tədris prosesində tələbələrə alınmış elmi nəticələr haqqında məlumatlar verilir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin 6 elmi-tədqiqat institutu ilə BDU arasındakı sıx əlaqələr tələbələrin bilavasitə elmi-tədqiqat mühitində formalaşmasına, yeni prioritet elmi istiqamətlərdə elmi məktəblərin yaranmasına şərait yaradıb.

Artıq tibb, mikrobiologiya, farmakologiya, toksikologiya, neyroelm və s. kimi sahələr üzrə "Scopus" bazasındakı jurnallarda dərc olunmuş elmi əsərlərin payı 8-10 faiz təşkil edir.

2023-cü ildə bazaya daxil olan jurnallarda BDU tərəfindən 623 elmi əsər dərc olunub (qeyd edək ki, məlumatlar 2024-cü ilin ilk yarısınadək tamamlanacaq). Dərc edilmiş məqalələrdən 329-u tam açıq girişə malikdir. Xatırladaq ki, "Scopus" bazasına daxil olan dərgilərdə dərc olunmuş məqalə və onlara istinadların sayına görə BDU Azərbaycan universitetləri arasında yenə də liderdir.

Bir əsrdən çox tarixə malik olan BDU-nun elmi məktəblərinin yetirmələri bu gün respublikanın və xarici ölkələrin bir çox universitet, elmi-tədqiqat institutu və mərkəzlərində uğurlara imza atmaqdadırlar. Onlar BDU-da aparılan tədqiqatlarık davam etdirir, alınmış elmi nəticələrin dünya elm arenasında tanıdılması və sənayedə tətbiqi istiqamətində aktiv fəaliyyət göstərirlər.

Namiq Quliyev




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ