Uzun müddət «Əl Qaidə» terror təşkilatının başında olan Usamə Bin Ladenin ailəsi İtaliyanın Toksana şəhərindəki tarixi mərmər ocağını satın alıb.
Baki-xeber.com «The Telegraph»a istinadən xəbər verir ki, keçmiş bir nömrəli terrorçunun qohumlarına aid olan «Saudi Binladin Group» şirkəti Carrara mərməri çıxaran «Marmi Carrara» şirkətinin səhmlərini satın alıb. Xüsusilə o şirkət məşhur Pantheonun və Romadakı Trajan Sütununun istehsalında istifadə edilmiş, ayrıca David heykəlinin hazırlanmasında Michalangelo tərəfindən istifadə edilmişdi. Bu alış əməliyyatı Bin Ladin ailəsinə 45 milyon avroya başa gəlib.
Şirkətin qurucusu Məhəmməd Bin Ladenin 53 uşağından biridir. Başlanğıcda ona qohumları aktiv şəkildə pul köməyi ediblər, ancaq radikal islamcılığın ailə ticarətinə maneə olmasının ardından onu övladlıqdan rədd ediblər. Bu hadisə 1994-cü ildə baş verib.
Digər tərəfdən, hazırda firma keçmiş terrorçunun ögey qardaşı Bəkir tərəfindən idarə olunur.