Cümə axşamı günü, 12 noyabr 2026
     

Nəhəng enerji şirkətlərinın Azərbaycana cəlbinin düzgün kurs olduğunu Davos bir daha nümayiş etdirdi…

Image


Rüfət Quliyev: “Tək enerji şirkətləri deyil, böyük şirkətlər ölkəmizə etibarlı tərəfdaş kimi baxdığı üçün, həvəslə Azərbaycana investisiya yatırırlar”
Sədaqət Vəliyeva: “Böyük enerji şirkətlərinin Azərbaycana sərmayə yatırması ölkəmizdəki siyasi sabitlik və təhlükəsizlik amili ilə bağlıdır”

 

Prezident İlham Əliyev Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində qeyd edib ki, neft və qaz iqtisadiyyatımızın aparıcı qüvvəsi olsa da, bizim əsas vəzifəmiz iqtisadiyyatımızı şaxələndirməkdir: “Biz böyük enerji şirkətlərini Azərbaycana sərmayə yatırmaq üçün cəlb etdiyimizə görə çox böyük tərəqqiyə nail olmuşuq. Lakin indi, əlbəttə ki, bizim əsas vəzifəmiz iqtisadiyyatımızı şaxələndirməkdir və neft-qazdan asılılığımızı azaltmaqdır. Bu, asan olmayacaq, çünki biz indi neft və qaz ehtiyatlarımızın işlənilməsinin aktiv inkişaf fazasındayıq”.

Böyük enerji şirkətlərini Azərbaycana cəlb etməklə ölkəmizin əldə etdiyi uğurlar haqqında millət vəkilləri “Bakı-Xəbər”ə danışdı.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Rüfət Quliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanın neft-qaz sektoruna xarici şirkətlərin marağı artır. Çox böyük maliyyə qaynaqları olan şirkətlərin Azərbaycana maraq göstərməsi ölkədəki investisiya mühitinin cəlbedici olmasından xəbər verir. Bu həm də Azərbaycanda işgüzar mühitin normal olmasının göstəricisidir: “Böyük enerji şirkətlərinin Azərbaycana cəlb olunması, neft sektoruna sərmayə qoymaları enerji sektorunun inkişafına əlavə təkan verir və verəcək. O cümlədən, neft sənayesinin inkişafına müsbət təsir göstərir.

Məşhur enerji şirkətlərinin Azərbaycana sərmayə yatırması ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsinə səbəb olub. Bəllidir ki, son 15 ildə böyük şirkətlər Azərbaycana yatırım etməyə maraq göstərirlər. Onların ölkəmizə sərmayə yatırmasının əsas səbəblərindən biri xarici şirkətlərin Azərbaycana etibar etməsi ilə bağlıdır. Bu səbəbdən də böyük şirkətlər ölkəmizə etibarlı tərəfdaş kimi baxdığı üçün, həvəslə Azərbaycana investisiya yatırırlar. Böyük xarici şirkətlər bilirlər ki, Azərbaycan hansı sözü verirsə, mütləq onu vaxtında həyata keçirəcək. Bu, Azərbaycan üçün böyük nailiyyətdir. İstənilən sahədə uğur qazanmaq istəyiriksə, mütləq güvənilən tərəf olmaq lazımdır. Siyasət, iqtisadiyyat və ya beynəlxalq sahədə etibarı qazanıb onu inkişaf etdirmək lazımdır”.

Millət vəkilinin sözlərinə görə, investisiya qüdrətini gücləndirən Azərbaycan, həmişəki kimi, əcnəbi sərmayədarlar üçün də cəlbedici ölkə olaraq qalır.

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva qəzetimizə açıqlamasında qeyd etdi ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn mərhum Prezident Heydər Əliyevin dünyanın böyük transmilli enerji şirkətlərini Azərbaycanın neft-qaz sektoruna sərmayə yatırmasına inandırmasından sonra ölkəmizdə yeni dövrün başlanğıcı oldu. 1994-cü ildə Britaniyanın, ABŞ-ın, Avropa ölkələrinin və digər dövlətlərin iri enerji şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanmasından sonra ölkəmizin iqtisadiyyatının lokomotivi hesab edilən neft-qaz sektorunda sıçrayışlı inkişaf dövrü başlandı: “Ötən müddət ərzində BP və başqa transmilli enerji şirkətləri Azərbaycanda səmərəli fəaliyyət göstərib, ölkə iqtisadiyyatına sərmayələr yatırıblar. Əlbəttə ki, böyük enerji şirkətlərinin Azərbaycana sərmayə yatırması ilk növbədə ölkəmizdəki siyasi sabitlik və təhlükəsizlik amili ilə bağlıdır. İkincisi, dünyanın aparıcı enerji şirkətləri ilə həm ulu öndər Heydər Əliyevin, həm də ümummilli liderimizin layiqli davamçısı Prezident İlham Əliyevin fəaliyyəti sayəsində Azərbaycan dövlətinin və xalqının milli maraqlarından çıxış edərək ölkəmizin perspektiv inkişafına hesablanmış səmərəli əməkdaşlıq əlaqələri qurulub. Heç kəs təsəvvür belə edə bilməzdi ki, zaman gələcək, Azərbaycan Avropa qitəsinin enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayacaq. Təsadüfi deyil ki, bu gün Azərbaycan BTC, BTƏ, TANAP, TAP kimi transmilli layihələrlə bir çox dövlətlərin və regionların qarşılıqlı səmərəli əməkdaşlığını təmin edir, eyni zamanda, təhlükəsizliyin də qorunmasına və möhkəmlənməsinə öz töhfəsini verir”.

Xanım millət vəkili onu da vurğuladı ki, Azərbaycan artıq dünyada böyük inam və etibar qazanmış tərəfdaş statusuna malikdir. Davosda Prezident İlham Əliyevlə onlarla şirkətin rəhbərlərinin görüş keçirməsi ölkəmizdəki sabitliyin, təhlükəsizliyin və sərmayə yatırmaq üçün münbit şəraitin olması ilə birbaşa bağlıdır: “Bu gün Azərbaycan iqtisadiyyatına təxminən 250 milyard dollar sərmayə yatırılıb. Düşünürəm ki, perspektivdə həm enerji, həm də digər sektorlarda Azərbaycana investisiya yatırmaq istəyən şirkətlərin sayı çox olacaq və bu rəqəm dəfələrlə artacaq”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ